İlham TUMAS

 

"670 bal toplayan tələbə intihar etdi...".

 

Xəbəri eşidər-eşitməz 100 nəfərdən az qala 99-u deyir və təəccüblənir: "Buna bax ha… 670 bal topla, ali məktəbə gir, sonra da intihar elə”.

 

Hətta cavan dostlarımdan biri, operator Xəqani qardaşımın oxşar təəccübünə "ay Xəqani, axı, yüksək bal toplamağın, intihara nə dəxli var?” sualını verdim və bu cavabı aldım: "Müəllim, dünyagörüşü, savad, bilik…”.

 

Hə, Xəqaninin bu təəccübü mənə bir həqiqəti yenidən xatırlatdı. Xatırlatdı ki, Azərbaycan insanları üçün yaxşı oxuyan, yüksək bal toplayıb ali məktəbə daxil olan gəncin intiharı qəribə gəlir. Əlbəttə, qəribə də gəlməlidi. Axı, vərdiş eləmişik, yeniyetmə, gənc canına o vaxt qıyar ki, ya oxusun, oxusun, ancaq ali məktəbə girməsin, ya da yeniyetmə, ya gənc sevsin, sevsin, ancaq sevdiyinə qovuşa bilməsin… Qısası, yeniyetmə arzusuna çatmasın. Axı burda vəziyyət elə deyil...

 

Mənim bir dostum vardı, Allah canın sağ eləsin, yenə var, çox savadlı idi. O dövrdə ən populyar ali məktəblərin birinə daxil oldu, özü də, indiki dillə desək yüksək balla, yəni orada "5” və "4” "konkurs”a düşürdü, ancaq o, iki "5”lə tələbə oldu. Di gəl, onun normal tələbəliyi düz ikinci kursa kimi çəkdi. Bundan sonra dostumda depressiya başladı, əli-qolu təhsildən soyudu, bezdi, həftələrlə evdən bayıra çıxmadı və sair və ilaxır. Nə də deyirdin, cavabı beləydi: "Hə, nə olsun, axı, qarşıma məqsəd qoymuşdum bu məktəbi, bura girdim, sonra nə olacaq?”

 

…Beləcə, həmin dostum sonradan pis əsəb xəstəliyinə tutuldu, intihar həddinə gəldi və sair və ilaxır. Bilirsiniz, onun problemi nə idi? Onu rəhmətlik atası və ömrü uzun olsun, anası bu vəziyyətə saldılar: nə həyət, nə uşaqlarla oyun, nə əyləncə-filan, sən mütləq evdə oturmalı, fizika, riyaziyyat öyrənməli, filan instituta daxil olmalısan. Bu da bu, hə, oldu!

 

İndi əzizlərim, yeniyetmənin, ələlxüsus, yeniyetmə oğlanın meylini ancaq və ancaq kitablara, testlərə saldırıb, "sən bu balla filan yerə girməlisən” deyib, onu həyatdan məhrum edəndə, həmin zavallı sonradan xırdaca bir müşküllə üzləşən kimi ya kiminsə zərərli təsiri altına düşür, ya depressiyaya uğrayır, ya başı xarab olur, ya da beləcə yolu intiharda görür…

 

Hə, dostlar, həyat 670 bal toplayıb ali məktəbə girməkdən ibarət deyil… Həyat tamam başqa şeydi, həyatlarının mənasını ali məktəbə girmək olduğunu balalarınızın başlarına yeridib onları bədbəxt eləməyin...

 

Balalarınızı ballara qurban verməyin, onları həyata hazırlayın, həyata! Axl həyat yalnız yüksək bal və ali məktəbdən ibarət deyil…

 

 

 

(lent.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300