Rəqəmsal yayıma keçidlə əlaqədar "SPACE” Müstəqil Teleradio Şirkəti (Space TV) hazırlıq işlərini hələ də yekunlaşdırmayıb.

Uluyol.info-nun ölkə.az-a istinadən verdiyi xəbərə görə, "Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) "Space TV”-də rəqəmsal yayıma hazırlıq işlərinə baxış keçirsə də, ancaq telekanalın buna hazır olmaması müəyyən edilib.

Noyabrın 1-dən Azərbaycanda rəqəmsal yayıma keçid əlaqədar sözügedən telekanalın istifadə etdiyi texniki avdanlıqlara baxış keçirilən zaman məlum olub ki, "Space TV”-də istifadə olunan texniki avadanlıqlar "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə (ASC) məxsus "Azərspace-1” peykinin Azərbaycan paketində yayımın tələblərinə cavab vermir.

Telekanal rəhbərliyinə tövsiyə olunub ki, "Xəzər”, "Azad Azərbaycan” və "Lider” televiziya kanalları rəqəmsal yayıma artıq hazır olduğu üçün "Space TV” də bu prosesi tezləşdirməlidir. Əks təqdirdə yayımdan məhrum ola bilər. Çünki noyabrın 1-ə az müddət qalsa da, "Space TV” rəqəmsal yayım üçün tələb olunan texniki avadanlıqlara hələ də yiyələnməyib.

Xatırladaq ki, noyabrın 1-dən Bakıda, dekabrın 1-dən etibarən isə bölgələrdə dekoder cihazı olmadan televiziya kanallarına baxmaq mümkün olmayacaq. Çünki, Milli Televiziya və Radio Şurası həmin tarixdən etibarən ölkədə analoq yayımın dayandırılacağını açıqlayıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300