TURAN İSAYEVA

 

Məqsədlərimiz və xəyallarımız


Uşaqlıqda gələcək haqqında qurduğumuz bütün planların adına xəyal deyirdik. Böyüdükcə bu söz məqsəd sözü ilə əvəz olunmağa başladı. Daha inandırıcı və reallaşmağı lazımlı bir hədəfə çevrildi. Deməli, xəyallar uşaqlara, məqsədlər böyüklərə aiddir.

 

Həyata aid planlarımızın adı nə olur olsun, nəticəsi, "bizim o şey uğrunda nə dərəcə və nə qədər çaba sərf etməyimizdən asılıdır". Xəyallarımızın reallaşma ehtimalı nə qədər çox istəməyimizdən asılıdırsa, məqsədlərimizin gerçəkləşmə ehtimalı da o məqsədlər uğruna nələr etdiyimizdən asılıdır.

 

Xəyal absurddur, məqsəd isə konkret. Məsəl üçün, böyük bir iş adamı xəyal qurmaz, hədəf bəlirləyər və məqsədlər seçər özünə. Kiçik bir uşaq isə xəyallar qurar. Rəngli dünyalar, bol oyuncaqlı uşaq cənnəti, ən sevdiyi cizgifilm qəhrəmanlarıyla görüşmək və ya gələcəkdə yiyələnəcəyi peşə uşaqların xəyallarını əks etdirir. Doğurdan da belədir. Uşaqların çoxu böyüyəndə ya həkim olası olur ya da müəllim.Ya polis, ya da pilot. Bu uşaqların çox azı xəyallarını məqsədə çevirmək yaşında xəyallarını davam elətdirirlər. Pilot olmaq istəyənlər maliyyədən, iqtisaddan yapışırlar, həkim olmaq istəyənlərin çoxu da başqa müasir dövr tələbatını ödəyən peşələrdən birini seçib, uşaqlıq xəyalının üstündən silinməz bir xətt çəkir.

 

Məktəblərin birinə yaxın bir küçədə adam gözləyirdim və gözlədiyim insanın gecikməyi səbəbilə məktəbdən çıxan şagirdləri diqqətlə müşahidə eləmək imkanım oldu. Deməli hardasa yeddinci-səkkizinci sinif şagirdi iki oğlan məndən biraz aralıda dayanıb söhbət edirlər. Oğlanın biri o birinə dedi ki, "mənim məqsədlərim var onsuz da. Bu ölkədə məqsədsiz yaşamaq olmaz. İnsanlarımız nankordu. Zəif, xəyalpərəst insanların ölkəsi deyil Azərbaycan. Mən çıxıb gedəcəm bu ölkədən, məktəb qurtarsaydı"- deyib ahh çəkdi.

 

Xəyalpətəst insanların ölkəsi deyil Azərbaycan. Bu cümlə məni günlərcə düşündürdü. Xəyalpərəstlik zəiflik idimi doğurdan da görəsən? Azərbaycan niyə zəifləri sevmirdi? Və o uşağın məqsədləri nə vaxtsa həyata keçəcəkmi görəsən? Oxuyurdumu, oxuyan şagird idimi? Savadına güvənərəkmi danışırdı , yoxsa boşa məqsədlər bəlirləmişdimi özünə bilmirəm. Bildiyim bir şey oldu ki, uşaqlıqla dəliqanlılıq arasındakı yaşlarda həyatı anlamağa çalışan o oğlanın artıq məqsədləri var idi. Və məqsədi ona özündən əmin bir şəxsiyyət kimi ağır cümlələr qurdururdu. Xəyal dünyasından çıxmışdı və sağlam hədəfləri var idi.

 

Düşündüklərimdən gəldiyim nəticə budur: Bütün məqsədlər xəyallardan yaranır. Məqsədə çata bilmək üçün hədəflərini sağlam seçməlisən. Xəyalpərəstlik insanı mülayimləşdirir, konkret məqsədlər isə sağlam addımlar atmağa cəsarətləndirir insanı. Hədəflərimiz isə ya xəyal,ya məqsəd fərqi yoxdur hər hansısa bir yolla reallaşmağı gözləyir.


 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300