Haqqın.az saytının rəhbəri Eynulla Fətullayevlə bu media quruluşunun keçmiş əməkdaşı Bəhram Batıyev arasında qalmaqal yaşanıb 

Modern az-ın xəbərinə görə, Eynulla Fətullayev bir neçə ay öncə haqqın.az-dan ayrılan Bəhram Batıyevin Azeri.Today adlı yeni saytı yaratmasına və orada yeni layihələrlə çıxış etməsinə qəzəblənib.

Eynulla Fətullayev Facebook sosial şəbəkəsidə yazıb ki, Bəhram Batıyev plagiatlığa gedərək haqqın.az-dakı layihələri oğurlayıb.

"Mənə bir şey maraqlıdır. Haqqın.az-ın materiallarının "kopyası” ilə məşğul olan Bəhram Batıyevin saytının işləməsi üçün kim pul verir? O, bizim konsepsiyanı oğurlayıb və sevinir. Bəhram Batıyevi qınamıram. Onun saytını maliyyələşdirən axmaqdır. Çünki bu sayt dəhşətli şəkildə "kopya” ilə məşğuldur”,-deyə Eynulla Fətullayev bildirib.
Onun bu statusundan sonra Facebook-da geniş müzakirələr başlayıb. Müzakirələrə qoşulanların bir qismi Eynullanı müdafiə edib, digər qismi isə Bəhramı.
İttiham olunan jurnalist Bəhram Batıyev isə cavabında deyib ki, heç bir plagiatlığa yol verməyib.

"Bu Eynullaya nə olub ki, özündən çıxdı?.. Halbuki, mən onunla yaxşı şəkildə vidalaşmışdım. Ancaq o məndən incikliyini gizlətmədi. Azeri.Today haqqın.az-dan köçürür? Güldürmə məni… Bizim saytda dərc edilən materiallar sənin yuxuna da girməzdi. Sənin yuxuna da gəlməzdi ki, məşhur jurnalistlər bizim saytda yazarlar.

Məgər bu iki ay ərzində kimsə məndən haqqın.az haqqında pis söz eşidib? Mən heç kimə pislik etməmişəm. Haqqın.az-dan gedişim barədə hələ 2 həftə qabaqcadan Eynullanı xəbərdar etmişdim”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300