"Az qala 10 dəfə zəng etdikdən sonra cavab verdim və söydü, təhdid etdi. Səsini diktofona yazdım və bu barədə özünə də dedim. Sakitləşmədi, başladı daha da çox təhqir etməyə.Nömrəsini bloka atdım, bundan sonra müxtəlif nömrələrdən, əsasən görünməyən nömrələrdən zənglər gəldi, yenə təhqir, təhdid. Adam məni tapacağını dedi, "səni elə günə qoyacam ölkə üzünə çıxa bilməyəcəksən” söylədi, sonuncu zəngində isə dedi ki, həyatım onun əlindədir, günümü görəcəm.”

Müstəqil jurnalist Aynur Elgünəş   təhdid olunur. Bu barədə məlumatı jurnalist öz facebook səhifəsində yazıb:

"Dostlar, məsələ belədir. Günorta saatlarında bir nəfər şikayətçi zəng edib dedi ki, Azərbaycan İnformasiya Agentliyinin Elnarə adlı jurnalisti tərəfindən şantaj olunur və həmin qadın deyir ki, əgər bu gün Cənnət Cənnətova pul çatdırılmasa, onlarla bağlı materiallar yayımlanacaq. Cənnət adlı şəxsin də nömrəsini verib. Mən məsələni araşdırmaq üçün həmin nömrəyə zəng etdim və özümü müstəqil jurnalist kimi təqdim etdim. Dedim ki, belə bir iddia var, nə dərəcədə əsaslıdır. Adam hansı mətbuat orqanları ilə işlədiyimi soruşdu və təbii ki, məqaləm çıxan bütün mətbu orqanları sadaladım, Meydan TV də içərisində. Heç nə demədən dəstəyi asdı. Sualımı havada buraxdı. Təxminən 5 dəqiqə sonra zəng etdi, başladı söyməyə, İsa Qəmbərin, Meydan TV-nin adını çəkdi, "sizin kimi müxalifətçiləri rədd etmək lazımdı” və s kimi ifadələr işlətdi.

Dedi ki, onun agentliyi Mətbuat Şurasına tabedir. Mən də Əflatun Amaşova zəng etdim, aia.az saytının onların adından danışdığını, şikayət olduğunu və məni söydüyünü dedim. Əflatun bəy dedi ki, belə bir media orqanı, şəxs tanımır, hazırda xaricdədi, ayın 10-dan sonra qayıdacaq, ondan sonra araşdırar.

Şikayətçi ərizə ilə Mətbuat Şurasına müraciət etsin. Eyni sualla Müşfiq Ələsgərliyə də FB-dən mesaj yazdım. O da izah etdi ki, Azərbaycan adı ilə mətbu orqan yaratmaq qadağandır, məqsəd "Azərbaycan” qəzetinin dublikatını çıxarmaqdır, bununla bağlı şikayətçi MŞ-na müraciət etsin.

Ancaq adam əl çəkmədi. Az qala 10 dəfə zəng etdikdən sonra cavab verdim və söydü, təhdid etdi. Səsini diktofona yazdım və bu barədə özünə də dedim. Sakitləşmədi, başladı daha da çox təhqir etməyə.

Nömrəsini bloka atdım, bundan sonra müxtəlif nömrələrdən, əsasən görünməyən nömrələrdən zənglər gəldi, yenə təhqir, təhdid. Adam məni tapacağını dedi, "səni elə günə qoyacam ölkə üzünə çıxa bilməyəcəksən” söylədi, sonuncu zəngində isə dedi ki, həyatım onun əlindədir, günümü görəcəm. Hətta dedi ki, mənə görə əsəbləşib maşınını vurub, bunun xərcini ödəməliyəm. Günortadan bəri adam dayanmadan zəng edir. Bundan sonra mən vəkilimə zəng etdim və baş verənləri dedim. Onun məsləhəti ilə 102 xidmətini yığdım, şikayət etdim.

Sabah da 36-cı polis bölməsinə gedib rəsmi şikayət edəcəm.

Bu qədər.” – deyə, jurnalist bildirib.

 (bastainfo)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300