Şəmşad Ağa

Son günlər çox axmaq və bölücü, həm də ləyaqətsiz bir mövzu ortaya atıblar. Sosial şəbəkələrdə müzakirə olunur deyə münasibət bildirmək məcburiyyətindəyəm.
 
Bolşevik-daşnak ordusu 31 Mart soyqırımı zamanı Azərbaycanın bir çox şəhərlərində (Bakı, Quba, Şamaxı), həmçinin bu gün cənub bölgəsi adlandırdığımız Talış bölgəsində də dəhşətli qətliamlar həyata keçiriblər. Xüsusən, Lənkəranın kəndlərində bu qətliamlar ağlasığmaz vəhşiliklə törədilib. Bu qırğın bütövlükdə ölkədəki müsəlman əhaliyə qarşı yönəlmişdi.

Bu gün erməni və rusların qətlə yetirdiyi həmin şəxslərin bir çoxunun məzarı Sütəmurdov qəbiristanlığında var. Yaşlı nəslin nümayəndələri illər öncə bu dəhşətli hadisələr haqqında ürək ağrısı ilə danışardılar. Hətta Lənkəranın yuxarı kəndlərində qətliam o həddə olub ki, aşağı kəndlər Lənkərançayın (Vazarü) Sütəmurdov kəndi ərazisindən keçən hissəsində suyun qırmızı rəngə çaldığını görüblər. 

Məlum olub ki, bolşevik-daşnak ordusu qırğının kütləvi olduğunu gizlətmək üçün əhalini qırıb çaya tökürmüşlər. Qırğının qarşısını almaq üçün Lənkəranın 10 yaxın ağsaqqalı, din xadimi aman diləmək üçün işğalçı ordu ilə danışığa gedir. Amma bolşeviklər onları da şəhid edirlər. Şübhəsi olanlar Sütəmurdov qəbiristanlığında həmin məzarlarlığa baxa bilərlər. Onu da deyim ki, bu qətliamda çoxsaylı lənkəranlı müsavatçı da şəhid olub.

Nuru Paşa özü ümumiyyətlə, Lənkəranda olmayıb. Qafqaz-İslam ordusu isə Camal Paşa (Camal cavuş) və Nuru adlı bir zabitlərin başçılığı ilə Lənkərana gəlib. Yerli əhali həmin Nuru adlı zabitə "Paşa” deyə müraciət edirmiş. Yəqin əhali həmin zabitin Nuru Paşa olduğunu zənn edirmiş. Məhz onun gəlişindən sonra qətliama son verilib, bolşevik-daşnak ordusu Lənkəranda məğlubiyyətə uğrayıb. Təəssüf ki, döyüş zamanı həmin Nuru adlı zabit də şəhid olub.
 
1918-ci ilin oktyabr ayının 30-da Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında bağlanmış Mudros müqaviləsinə görə, Nuru Paşa Azərbaycanı tərk etdi. Çünki sülh müqavilənin şərtlərinə görə Osmanlı dövləti məğlub tərəf kimi Birinci dünya müharibəsi zamanı ələ keçirdiyi ərazilərdən geri çəkilməli idi.

Bu baxımdan Osmanlı ordusunun 1919-cu ildə "30 min talışı qırması” iddiası da cəfəngiyyatdır, hansısa xarici qüvvələrin uydurması və ölkəmizə qarşı növbəti çirkin planının tərkib hissəsidir. Çünki Osmanlı ordusu 1918-ci ilin noyabr ayından artıq Azərbaycanı tərk etmişdi.

Həqiqət budur: 20-ci əsrin əvvəllərində bütün azərbaycanlılar kimi talışları da məhz müsəlman adı altında bolşevik-daşnak ordusu soyqırıma məruz qoyub.

Bu həqiqəti demək və yazmaq isə vicdan məsələsidir…
 
 
(arqument.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300