Sentyabrın 30-da 1 saylı İnzibati İqtisadi Məhkəmənin qərardadından Azadlıq Radiosu-nun apellyasiya şikayəti təmin olunmayıb.

Bu barədə vəkil Adil İsmayılov deyib.

Onun sözlərinə görə Bakı Apellyasiya Məhkəməsinin qərardadından Ali Məhkəməyə kassasiya şikayəti veriləcəyini bildirib.

Avqustun 17-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi "RFE/RL Inc.” şirkətinin (Azad Avropa/Azadlıq radioları) Vergilər Nazirliyinə iddiası üzrə icraatın dayandırılması barədə qərardad qəbul etmişdi.

İddia ərizəsində AzadlıqRadiosu-nun Azərbaycan Nümayəndəliyindəki səyyar vergi yoxlamasının nəticələrinə dair 10 mart 2016-cı il tarixli aktın etibarsız sayılması, eləcə də bu akt əsasında Bakı Vergilər Departamenti rəisinin müavini Raqif Qurbanovun qərarının ləğvi istənilir. Vergi yoxlaması 2007-ci dekabrın 1-dən 2014-cü il dekabrın 1-dək olan dövrü əhatə edib.

Azadlıq Radiosu-nun Bakı bürosu 2014-cü ilin dekabrında bağlanıb.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300