Alya Yaqublu

Ən pisi odu ki, siz ağıllısız, vicdanın nə olduğunu da bilirsiz. Bilməsəydiz, nələr baş verdiyini, bu referendumun nələrə yol açacağını anlamasaydız, susmanız bu qədər eybəcər görünməzdi.
Susdunuz ki, karyeranıza xələl gəlməsin, işinizi itirməyəsiz. Maaşınızı yox ha, işinizi deyirəm, çünki siz həm də savadlı, hətta istedadlısız, o "bir tikə çörəyi” başqa yerdə də qazana bilərdiz. Zatən çox deyilsiz, sizə yetdik yer tapılardı bu ölkədə. Həm hakimiyyətin "toçkalarında” işləməyənlər acından ölmürlər ki.

Siz təkcə xalqı yox, hər birimizi aşağılayan, ən aşağı sort vətəndaşa – təbəəyə çevirəcək konstitusiya dəyişikliklərinə etiraz eləmədiz. Halbuki bu, qəhrənanlıq deyildi, normal vətəndaşlıq mövqeyi idi. Yapmadız, sükutunuzla YAP-ın yanında yer aldız. Neynək, necə deyərlər, günahı sizin boynunuza. Susun. Amma həmişəlik. Günün birində bu utancınızı unudub başqalarını – min məhrumiyyət içində rejimə qarşı çıxanları tənqid eləməyə qalxmayın. Siz bu haqqınızı itirdiz. Sizin daha heç vaxt buna haqqınız çatmayacaq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300