Ölkədəki siyasi qeyri-müəyyənlik Həsənov qardaşlarını bəzi qabaqlayıcı tədbirlər görməyə məcbur edib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, "AZINKO-holdinq”in prezidenti, deputat Malik Həsənov bütün biznesini Dubaya köçürməkdə davam edir. Deputat Dubayda özünə biznes şəbəkəsi yaratmaqla məşğuldur. Bu barədə "Xalqxeber.Az”a məlumatlı mənbələrdən xəbər daxil olub.

Mənbənin məlumatına görə, M.Həsənov artıq Bakıdakı kiçik obyektlərini satmağa başlayıb: "M.Həsənov qardaşı K.Həsənovun yardımı ilə Bakının yaxşı yerlərində xeyli sayda qeyri-yaşayış sahəsi özəlləşdirib. Bu obyektlərin çoxu icarədə olub. M.Həsənov Referendum ərəfəsində bu obyektlərin çoxunu satıb. İndi də onun etibarnamə verdiyi xüsusi adamlar bu obyektlərin satışını davam etdirir. Obyektlərin satışından əldə edilən pullar Dubaya göndərilir və biznesə yatırılır”. 


Mənbə deputatın əmlakının bir hissəsini Dubaya daşıması məsələsinə də aydınlıq gətirib: "Malik Həsənov yaxın ətrafına deyib ki, vəziyyət yaxşı deyil. Yəni arzuolunmaz situasiya yarana bilər. Ona görə də hər ehtimala qarşı tədbir görmək lazımdır, riskə getməyə dəyməz”.


Hökumətə yaxın mənbənin Xalqxeber.Az-a bildirdiyinə görə, indiki mərhələdə K.Həsənova qarşı xüsusi bir təhlükə olmasa da, siyasi qeyri-müəyyənlik, onun bəzi hakimiyyət daxili qruplaşmalarla münaqişə vəziyyətində olması yaxşı perspektiv vəd etmir. Hakimiyyət elitasında xüsusi söz sahibi olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov və vergilər naziri Fazil Məmmədovla qarşıdurma, müdafiə sənayesi naziri Yavər Camalovla əmlak mübahisəsi (sonuncu iki nazirlə mübahisələr indi məhkəmə müstəvisində çözülür-müəllif.) K.Həsənovun mövqeyini xeyli dərəcədə laxladıb. Üstəlik də ölkədəki siyasi qeyri-müəyyənlik Həsənov qardaşlarını bəzi qabaqlayıcı tədbirlər görməyə məcbur edib. Onlar sabiq nazirlərin aqibətini yaşayacaqlarından ehtiyatlanaraq indidən əmlaklarının ən azı bir hissəsini qorumaq üçün hərəkətə keçirlər. Onu da yaxşı bilirlər ki, "AZINKO-holdinq” kimi nəhəng müəssisələrdə real yox, virtual təsisçilik mövcuddur. Bir anın içində həmin müəssisə başqa adamın adına keçə bilər. Sabiq iqtisadi inkişaf nazirlərinə məxsus nəhəng holdinqlərin aqibəti buna sübutdur - Fərhad Əliyevə məxsus "Azpetrol” və Heydər Babayevə məxsus "ABU-holdinq” bir anın içində onlardan alınaraq başqa şəxslərin təsisçiliyinə və idarəetməsinə keçdi. Bu acı təcrübədən çıxış edən Həsənov qardaşları potensial təhlükə ərəfəsində əmlaklarının heç olması bir hissəsini təminatlı məkana transfer etməyə start veriblər. Kiçik obyektlərin satılması da bununla bağlıdır. 


Mənbə bildirir ki, K.Həsənovun metal biznesinin monopoliyasından kənarlaşdırılması da onu əmlakının bir hissəsinin Dubaya köçürülməsini sürətləndirib. Son vaxtlara qədər filizsaflaşdırma və poladəritmə sahələrində nəzarət paketi K.Həsənova məxsus idi. K.Həsənov dövlətin əmlakını idarə etməyə məsul olan qurumun başçısı kimi, "Azərboru” və "Daşkəsən Filizsaflaşdırma” ASC-ni, eləcə da 20-yə yaxın kiçik müəssisəni idarə edirdi. Ancaq prezident sərəncamı ilə metal biznesi dövlətin nəzarətinə keçdi və K.Həsənov idarəçilikdən uzaqlaşdırıldı. Görünür, bunu ilk xəbərdarlıq kimi dəyərləndirən K.Həsənov əmlakının bir hissəsini xilas etmək üçün hərəkətə keçib. Çünki yaxın keçmişin təcrübəsində belə xəbərdarlıqların acı sonluğu barədə yetərincə nümunələr var - Fərhad Əliyev işdən çıxarılmazdan bir il öncə sənaye ilə bağlı səlahiyyətləri, bir ay öncə isə özəlləşdirmə ilə bağlı funksiyaları əlindən alındı. F.Əliyevin müavini olmuş K.Həsənov belə ssenarilərin sonunun nə ilə bitəcəyinin fərqindədir.(
Xalqxeber.Az)

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300