Sabah Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik birləşmələrindən azad etməsindən 98 il ötür. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi bu tarixi günlə əlaqədar "dəyirmi masa” təşkil edib.
Axar.az xəbər verir ki, tədbirdə türk tədqiqatçısı Atilla Oralın Nuru Paşa ilə bağlı tarixi romanı da təqdim olunub.
 
1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Belə bir şəraitdə özünün ağır vəziyyətdə olmasına rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın köməyinə gəldi. Müsəlman şərqinin ilk müstəqil dövlətinin ərazi bütövlüyünü təmin etmək məqsədilə yaradılan Qafqaz İslam Ordusu 2500 kilometr yol qət edərək mübarizəyə qoşuldu. Onlar məqsədlərinə nail oldular. Bakı bolşevik-erməni daşnaklarından azad edildi. Bu mübarizədə on minlərlə insan şəhidlik zirvəsinə yüksəldi. Onlardan 1336-sı Türkiyə vətəndaşı idi. İndi həmin tarixdən 98 il ötür.
 
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov 15 sentyabr tarixinin Azərbaycan-Türkiyə dostluğu və qardaşlığında müstəsna rola malik olduğunu bildirib.
 
Çıxışlarda qeyd edilib ki, Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən Osmanlı Türkiyəsi Nuru Paşanın komandanlığı altında 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Nuru Paşanın və türk əsgərinin xatirəsi bu gün də Azərbaycanda ehtiramla anılır. Türk tədqiqatçısı Atilla Oralın "Nuri Killigil” kitabı isə həmin tarixi anları özündə yaşadaraq gələcək nəsillərə ötürmək üçün çap olunub.
 
17 illik zəhmətin bəhrəsi olan kitabda Nuru Paşanın həyat yolu öz əksini tapıb. Oxucu burada əfsanəvi komandan haqqında bilmədiklərini öyrənəcək. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın Azərbaycanda təqdimatına Mətbuat Şurası, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi, Milli QHT forumu və Beynəlxalq Avrasiya Araşdırmalar Mərkəzi dəstək olub.

 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300