Məntəqə sədri namizədin şəkillərin yığışdırır-Neftçalada
     Bu gün Neftçala rayonu Qədimkənd kəndində maraqlı fakt yaşanıb.Beləki,"ULUYOL.İNFO"ya  namizəd Saday Fərəcovun atası Hacı Xalid bildirir ki,Sakit Kərimov adına Qədimkənd kənd orta məktəbində informatika müəllimi işləyən və 37 saylı məntənin sədri Ceyhun Ağayev məktəbin yaxınlığında yerləşən obyektlərdən Saday Fərəcovun şəkillərin yığışdırıb.
 "Bu faktı eşidən kimi həmin yerə getdim,və obyekt yiyələri göstərişi məntəqə sədrinin verdiyin bildirdilər.Obyekt yiyələri şəkilləri səliqəli şəkildə qoparıb saxlayırdılar.İnsanlar bu barədə müəyyən qədər məlumatsız olması baxımından onların yanında DSK-nın sədri Şaiq Məmmədova bildirdim və oda təsdiq etdi ki,obyekt sahiblərinin icazəsi olduğu halda şəkillərin asılması normal haldır,və qanunlarda təsdiqləyir.Bundan sonra şəkillər yenidən asıldı"deyə Hacı Xalid bildirib.
 
 Xatırladaq ki,S.Kərimov adına Qədimkənd kənd orta məktəbinin təmirə ehtiyac duyulması ilə bağlı Saday Fərəcovun "facebook" sosial şəbəkəsində paylaşdığı şəkillərə məktəbin direktoru Kamal  Cəfərov rəy bölümündə təhqir dolu yazılar yazmışdı.Bunula bağlı nə rayonun təhsil şöbəsi Əjdər Kərimov,nə də Təhsil Naziri Mikayıl Cabbarov ölçü götürməmişdi.Görünür Kamal Cəfərovun hirsi soyumayıb və qohumu olan məntəqə sədri belə addım atıb.
 Çalışsaqda,Ceyhun Ağayevin nömrəsin tapa bilmədik.Əgər belə bir qanunun olmasından xəbərsizdirsə,o zaman niyə məntəqə sədri olur? Hər halda onun qanunu bilməməsi məsuliyyətdən kənar etmir.
 Təbliğat-təşviqat kompaniyasında belə halların baş verməsi arzu olunan hal deyil.
 
                                                                                                       ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300