bitmap-img6


11 saylı Qeydiyyat-İmtahan Şöbəsi rəisinin sürücülük vəsiqəsi alverini işçisi Kamaləddin Əliyev həyata keçirir

 


Ötən günlərdə xəbər vermişdik ki, Baş Dövlət Yol Polis İdarəsinin İmişli rayonunda yerləşən 11 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi Mirqiyas Kazımov işlərini böyüdərək, hətta közdən əlillərə belə sürücülük vəsiqəsi verir. 

Bununla bağlı redaksiyamıza daxil olmuş məlumatlarda vurğulanır ki, bu məsələnin üstü bir neçə il bundan əvvəl açılsa da, Kazımovun sayəsində iş ört-basdır edilmişdi. 

Bu günlərdə isə sözügedən MERO ilə bağlı daha bir məlumat daxil olub. Həmin məlumatlarda deyilir ki, 11 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsi sözün həqiqi mənasında bazara çevrilib. Belə ki, MERO rəisi son aylar biznesinin çiçəkləndirmək üçün "açıq qapı" sistemi elan edib. İmişli camaatı Mirqiyas Kazımovun istənilən şəxsə sürücü vəsiqəsi verdiyi üçün onun əməllərinə "açıq qapı" sistemi deyirlər. Yəni, pulu olan hər bir vətəndaş 11 saylı Qeydiyyat-İmtahan Şöbəsindən sürücü vəsiqəsi əldə edə bilər. 

İmişli sakinləri iddia edirlər ki. hazırda 11 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin B kateqoriyası üzrə sürücülük vəsiqəsi 800-900, BC kateqoriyası üzrə sürücülük vəsiqələri isə 1000-1200 manatdır. «E kateqoriyasını əldə etmək isə həm çətin, həm də bir qədər baha başa gəlir». 

Məlumatda o da qeyd olunur ki, Mirqiyas Kazımov sürücü vəsiqəsi satmaqla özünə böyük var dövlət, həm də arxa tapıb. Əgər onun arxası olmasaydi haqqında edilən yüzlərlə şikayətlərə baxıb xəbərdarlıq edərdilər. 

Şöbə rəisinin sürücülük vəsiqəsi alverində əsas adamlarından biri, işçisi Kamaləddin Əliyevdir. Mənbə iddia edir ki, bütün danışıqlar və pul işləri onun əliylə görülür. Rayonda makler kimi ad çıxarmış Kamaləddin Əliyevin yaxşı imkanlara sahib olduğu da vurğulanır. 

Məlumatda bildirilir ki, Mirqiyas Kazımov və işçiləri vətəndaşlardan aldıqları pulun hesabına özlərinə dəbdəbəli həyat şəraiti qurublar. Şöbə rəisinin bir neçə avtomobili olmaqla bərabər, İmişli-Beyləqan yolunun üzərində restoranı və rayon mərkəzində bir neçə avtoyuma yerləri də var. Bundan başqa, Miqiyas Kazımovun Bakı şəhərində bir neçə evinin, İmişli rayonunda 200 hektardan çox torpaq sahəsinin və böyük mal qara təsərrüfatına sahib olduğu deyilir. 

Araşdırmamız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq. (jam.az)

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300