İran prezidenti müsəlman dünyasını ötənilki Həcc ziyarətində 2 min 400-dən çox adamın həlak olmasına görə Səudiyyə Ərəbistanını cəzalandırmağa çağırıb. İranın Ali dini lideri də insidentin araşdırılmasına səsləyib.

Prezident Hassan Rouhani və Ali Dini lider Ayatollah Ali Khamenei sentyabrın 7-də danışıblar. Şiə İranıyla sünni Səudiyyə arasında söz savaşı bu həftə intensivləşib. Belə ki, yüz minlərlə müsəlman Səudiyyəyə Həcc ziyarətinə axışır. Dini mərasim sentyabrın 10-da başlanır.

İranlı zəvvarlar isə builki mərasimə gedə bilməyiblər. Çünki onların təhlükəsizliyi ilə bağlı danışıqlar nəticəsiz qalıb. Ötənilki basabasda 400-dən artıq iranlı həlak olmuşdu.

Rouhani hökumətin iclasında deyib ki, ölkələr «əsl həccə nail olmaq məqsədilə Səudiyyə Ərəbistanı hökumətini cəzalandırmalıdırlar».

«Hökumət bu insidentə görə məsuliyyət daşımalıdır. Təəssüf ki, Səudiyyə hökuməti müsəlman ölkələrinə şifahi üzrxahlıq da etməyib», – o söyləyib.

Khamenei isə tələb edib ki, Səudiyyənin hakim Al Saud ailəsi ötən ilki faciəni lazımınca araşdırsın.(azadliq.org)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300