Azərbaycanda ibadətgahlardan kənarda və ictimai yerlərdə dini şüarların səsləndirilməsi, dini atributların və dini bayraqların nümayişi qadağan olunur. Bununla məşğul olan əcnəbilər maliyyə sanksiyası tətbiq olunmaqla, ölkədən deportasiya ediləcək.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinə yeni 516.0.3 maddəsi təklif olunur.

Yeni maddəyə görə, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi, dini bayraqların ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərindən kənar yerləşdirilməsi qadağan olunur. Bu qadağalar pozulduğu təqdirdə, vətəndaşlar 2 000 manatdan 2 500 manata qədər, vəzifəli şəxslər 8 000 manatdan 9 000 manata qədər, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manata qədər cərimə olunacaq. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2 000 manatdan 2 500 manat cərimə edilməklə, Azərbaycan ərazisindən inzibati qaydada çıxarılacaqlar.

Layihə Milli Məclisə təqdim olunub və parlamentin növbəti iclasında müzakirəyə çıxarılacaq. (APA)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300