Finlandiyadan olan məşhur neyrocərrah Yuha Hernesniemi Özbəkistanın mərhum eks-prezidenti İslam Kərimovun müalicəsi üçün xaricdən təcili çağırılan həkimlərdən biridir.

Virtualaz.org xəbər verir ki, cərrah yle.fi portalına açıqlamasında İslam Kərimovun insult keçirəndən sonrakı vəziyyəindən danışıb. Bildirib ki, o, Daşkəndə çatanda pasiyent artıq keçinmişdi.

Yuha Hernesniemi dünyada baş beyin arteriyalarının anervirizmi üzrə məşhur cərrahdır. O, karyerası boyu 70 minə yaxın pasiyenti müalicə edib. Cərrahın bildirdiyinə görə, onu İslam Kərimovu müayinə etməyə Qazaxıstandan olan alim təcili dəvət etmişdi. Avqustun 27-də, şənbə günü həmin alim Yuhe Hernesniemiyə zəng edib və bildirib ki, onu Özbəkistanda gözləyirlər. Çünki prezident İslam Kərimov insult keçirib və xəstəxanadadır.

"Mən xaricdə çox əməliyyat keçirmişəm və bu xahişdə qeyri-adi heç nə yox idi. Mənim ardımca Helsinkiyə özəl təyyarə gəldi və biz Almaniya üzərindən Özbəkistana uçduq”-cərrah danışır.

Finlandiyalı həkimin bildirdiyinə görə onunla birgə Özbəkistana Almaniya və Rusiyadan da həkimlər getmişdi. Hernesniemi deyib ki, o Özbəkistana çatanda prezident üçün artıq hər şey bitmişdi. 

"Əməliyyatın heç bir mənası yox idi və mən müalicənin davam etdirilməsinin mənasız olduğunu bildirdim. Pasiyent faktiki olaraq ölmüşdü, bu, beyin ölümü idi. Həkim-mütəxəssislər qrupu öz rəylərini bildirdilər, bundan sonra hakimiyyətdə oyun başladı”-cərrah deyib.

Nəşr dəqiqləşdirir ki, oyun deyəndə cərrah beyin ölümü keçirmiş pasiyentin süni tənəffüs aparatına qoşulmasını və onun ölümünün bir müddət elan edilməməsini nəzərdə tutur. Belə praktikadan İsrailin keçmiş baş naziri Ariel Şarona və ispan diktatoru Fransisko Frankoya münasibətdə istifadə olunub.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300