Media strukturları artıq öz auditoriyalarını müəyyənləşdirib başa çatdırmışdılar. Oxucuların da demək olar ki, böyük əksəriyyəti güvəndikləri məlumat mənbələrini özləri üçün müəyyən etmişdilər. Bir də "Basta” gəldi. Bu gün "Basta” informasiya portalının 1 yaşı tamam oldu.

Bu münasibətlə Müsavatın qərargahında şirin süfrə arxasında məclis quruldu. Məclisdə əvvəlcə "Basta”nın yaradıcı heyyəti – Mustafa Hacıbəyli, Azər İsmayıl, Könül Alı, Rüfət Baxışbəyli, Alya Yaqublu, Ramin Deko, Mehman Kərimli, Elçin Hidayət, Heybət Əmrah öz ürək sözlərini dedilər.

Baş redaktor Mustafa Hacıbəyli bu bir ildə görülən işlərdən danışdı. Saytın oxucularının sayı artıqca, oxucular qarşısında məhsuliyyət hissinin də artığını bildirdi: "Basta” – siyasi senzurasız saytdır, irtica ilə mübarizə aparan hər bir təşkilat və hər bir vətəndaş üçün bir tribunadır. Qısa müddətdə oxucularımızın ümumi sayı 2 milyona yaxınlaşıb. Son 8 ayda 1,5 milyondan artıq internet istifadəçisi saytımıza daxil olub. Gündəlik İP rekordumuz 33 mindir. Bütün bunlara görə oxucularımıza, bizə dəstək verən Müsavatın rəhbərliyinə təşəkkür edirəm”.

Sonra yerin sahibi olan qonaqlar (tədbir Müsavatın qərargahında keçirilirdi) söz aldılar.

Müsavat başqanı Arif Hacılı: "Basta saytının kollektivində olan insanların azadlığına hər an təhlükə var, onların hər biri təzyiqlə üzləşə bilər. Amma onlar fədakar insanlardır. Bu təhlükələrdən çəkinmirlər və çəkinməyəcəklər. Bir il çox qısa müddətdir. Lakin Basta bu qısa müddətdə tanınan media strukturlarından birinə çevrilə bilib. Bu, çox böyük uğurdur və biz bu uğuru artırmalıyıq”.

MSDM-in sədri İsa Qəmbər: "Azərbaycanda həqiqəti yazmağa qadir olan 5-6 media orqanı var, "Basta” onlardan biridir. Üstəlik "Basta”nın bir fərqli cəhəti var ki, bu sayt bütün məsələlərə münasibətdə aydın, birmənalı mövqe ortaya qoya bilir. Başqa media orqanları üçün hansısa tabular, toxunulmaz mövzular və toxunulmaz şəxslər olur. "Basta”da isə mən bunu hiss eləmirəm”.

Müsavat başqanının müavini Yadigar Sadıqov: "Azərbaycanda bu şərtlər altında sayt yaratmaq və bilərək ki, bu sayt maddi qazanc gətirməyəcək, əksinə, vaxtını aparacaq, fədakarlıqdır. Bu saytın yaradılmasında, uğurlu fəaliyyətində Mustafa bəy, Könül xanım, Rüfət bəy, Azər bəy daha çox rol oynayıblar və hesab edirəm ki, bir il ərzində mümkün olanı ediblər”.

Partiyanın Mərkəzi İcra Apartının rəhbəri Gülağa Aslanlı: "Basta”nın uğurları artdıqca ona qarşı tələbkarlıq da artacaq və mən əminəm ki, kollektiv tələblərin öhdəsindən gələ biləcək.”

Müsavat başqanının müavini Elman Fəttah: "Bastanın uğur qazanmasında onun kollektivində olan hər kəsin böyük əməyi var, amma mən Mustafa Hacıbəylinin əməyini fərqləndirmək istəyirəm. Hiss olunur ki, o, bu işdən yorulan deyil”.

Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı: "Kütləvi informasiya vasitələrinin sayının bu qədər çox olduğu bir dövrdə media məkanına girmək, orada öz sözünü demək, mövqe ortaya qoymaq çox çətin məsələdir. Mustafa Hacıbəyli və "Basta” kollektivi bunu bacardı, onları təbrik edirəm.”

Məclisdə iştirak edən "Arqumen.az” saytının baş redaktoru Şəmşad Ağa, Müsavat başqanının müavini Tofiq Yaqublu və digərləri "Basta” kollektivini təbrik etdilər, öz təklidlərini və arzularını bildirdilər.

Sonda xatirə şəkilləri çəkildi.


Rüfət Baxışbəyli, 
Bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300