Uşaq Nevroloji Xəstəxanası soyğunçuluq yuvasına çevrilib.

TİA.AZ-a verilən məlumata görə, tibb ocağında çalışan həkimlər əməkdaşlıq etdikləri özəl klinikalara müştəri cəlb edirlər. Uşaq Nevroloji Xəstəxanasında pasientə baxmayan Hippokrat andı içmiş peşə sahibləri yalnız özəl klinikalara xəstəni dəvət etməklə ona qayğı göstərirlər. Bu da ciddi şəkildə narazılığa səbəb olub və Səhiyyə Nazirliyinə şikayətlər edilib.

  Baş həkimin yaratdığı bazar ab-habası səhiyyə ocağında həkimlərin özəl klinikalar üçün bu müəssisədən müştəri tapmaq meydanına çevrilib. Redaksiyamıza edilən şikayətlərdə deyilir ki, xəstəxanada həkimlərin rüşvət mexanizmi və soyğunçuluq prinsipləri özəl klinikalara xəstə daşımaqdan ibarətdir. Bu xəstəxanada heç bir xəstə pulsuz müalicə və müayinə edilmir. Baxmayaraq ki, Səhiyyə Nazirliyi dövlət xəstəxanalarında müalicə və müayinənin pulsuz olduğunu bildirir.

   Uşaq Nevroloji Xəstəxanasında bir sıra həkimlər var ki, onların növbəsinə yazılmaq üçün səhər saat 7.00-dan xəstəxanın qarşısını kəsdirmək tələb olunur. TİA.AZ-a bildirilib ki, Uşaq Nevroloji Xəstəxanasında bir xəstə uşağın müayinəsi üçün özəl qiymətlər müəyyənləşdirilib. Həkimlərin əksəriyyəti 20-30 manat verilməyəcəyi təqdirdə xəstə uşağı müayinə etmir, müalicə resepti yazmır.
  Xəstəxananın daxilində müayinə və müalicənin pulsuz və ya pulu olub-olmadığına dair heç bir yazılı elan yoxdur. Araşdırmalar göstərir ki, həkimlər müalicənin müddətini minimum bir il, əksər hallarda isə bir ildən də çox uzadırlar. Belə müalicəyə cəlb oluna xəstə uşaqların sayının minlərlədir.

   Maraqlıdır ki, burada xəstələrə yazılan bəzi dərmanları Bakıdakı heç bir aptekdən tapmaq mümkün deyil, amma həmin perparatları Uşaq Nevroloji Xəstəxanasının yaxınlığında yerləşən əczaxanadan almaq olar. Bu, həkimlərlə həmin aptek arasında işbirliyinin olmasına şübhələr yaradır. Son illər Azərbaycanda 16 yaşadək uşaqlar arasında sinir sistemi xəstəliklərindən müalicə olunanların sayının kəskin şəkildə artdığı müşahidə olunur.

  Qeyd edək ki, həm region əhalisi, həm də paytaxt sakinlərinin nevroloji xəstəliklərin müalicəsi məqsədilə müraciət etdikləri əsas tibb müəssisələri Bakıda yerləşir. İlkin araşdırmalar göstərib ki, uşaq əhalisi arasında ən çox müşahidə olunan nevroloji xəstəliklər müxtəlif etiologiyalı ensefalitlər və uşaq serebral iflicidir. Nevroloji xəstəliklərin uşaqlar arasında yayılmasının əsas səbəbləri isə doğuş travmaları, hamiləlik toksikozları, müxtəlif tipli erkən infeksion xəstəliklər, qan qohumluğunun olduğu bildirilir.

  Son illər nevroloji xəstəliklərdən ölüm halları digər xəstəliklərdən ölüm hadisələri ilə müqayisədə irəliləməkdədir. Nevroloji xəstəliklərdən əziyyət çəkən uşaqların ən çox müalicə olunduğu səhiyyə müəssisəsi Bakıdakı Uşaq Nevrolloji Xəstəxanasıdır.

  Burada apardığımız bir-iki günlük müşahidələr əsasında deyə bilərik ki, hər gün adı çəkilən tibb ocağına ölkənin müxtəlif regionlarınadan yüzlərlə xəstə uşaq gətirilir. Onların əksəriyyəti həkim resepti əsasında evdə müalicə olunur və mütəmadi olaraq müayinəyə çağırılır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300