Türkiyə almaniyalı deputatların "İncirlik”  aviabazasına gözlənilən səfərlə bağlı Almaniya hökumətinə ultimatum verib.Bu barədə  "Der Spiegel” nəşri məlumat yayıb.
 
Məlumata görə, Ankara iyun ayından etibarən almaniyalı deputatlardan ibarət nümayəndə heyətinin aviabazaya səfər etməsinə icazə vermir.  Qeyd edək İŞİD-ə qarşı mübarizə aparan bundesver qüvvələri "İncirlik” bazasında  yerləşdirilib.
 
"Der Spiegel” qeyd edir ki, Türkiyə tərəfi Almaniya hökumətinin Bundestaqın  qəbul etdiyi uydurma "erməni soyqırımı”nın tanınması barədə qətnaməsindən uzaq duracağı təqdirdə, nümayəndə heyətinə "İncirlik” bazasına səfər etməsinə icazə verəcək.
 
 "Biz Bundestaqın bu cür qərar qəbul etməsi faktı ilə yaşaya bilərik. Lakin Almaniya hökuməti qətnamədəki soyqırımı termininin hüquqi mənasının olmamasına dair rəsmi açıqlama verməlidir”, - deyə adı çəkilməyən yüksəkvəzifəli türkiyəli diplomat bildirib.   
 
Nəşr  qeyd edir ki,  Almaniya XİN-i hazırda tələsik bütün tərəfləri qane edə biləcək qərar tapmağa çalışır.   
 
Almaniyanın Avropa məsələləri üzrə dövlət naziri Mixael Rot bu həftə Türkiyəyə etdiyi səfəri zamanı çıxışında bildirib ki, Bundestaqın qətnaməsində 1915-ci il hadisələri ilə bağlı Almaniyanın məsuliyyət daşıması ifadəsi əks olunub.  O qeyd edib ki, sənəd heç də Türkiyənin hazırkı hakimiyyətinə qarşı yönəlməyib, söhbət almanların günahkar olmasını qəbul etməsindən gedir.     
 
"Der Spiegel” bu cür jestlərin Ankara üçün qeyri-qənaətbəxş olduğunu qeyd edir: "Ankara Almaniya hökumətindən müvafiq bəyanatı ən yüksək səviyyədə - kansler və ya XİN rəhbəri səviyyəsində səsləndirməsini tələb edir”. (apa)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300