Türkiyədə qadın polislərlə bağlı yeni qərar verilib.

 

Lent.az-ın "Sözcü”-ə istinadən məlumatına görə, polislərin vahid geyim forması ilə bağlı yeni dəyişiklik qəbul edən Daxili İşlər  Nazirliyi tərəfindən qadın polislər üçün mövcud olan hicab qadağası ləğv edilib.

Bununla da polis qadınlara vahid geyim forması rəngində olan, üzlərini örtməyəcək şəkildə sadə hicab taxmaq sərbəstliyi verilib.

 

Qeyd edək ki, 2013-cü ildə ictimai qurum və idarədə çalışanların geyimləri ilə bağlı edilmiş dəyişiklikdən sonra məmur və işçi qadınlara hicab sərbəstliyi verilsə də,  təhlükəsizlik xidmətləri sinfinə mənsub olanlar, hakimlər, prokurorlar, Türkiyə Silahlı Qüvvələrinin əməkdaşı olan qadınlar üçün qadağa qüvvədə idi.

 

Hazırda Türkiyə Ssilahlı Qüvvələrində xidmət edən qadınlar üçün bu qadağa hələ ki qüvvədədir. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300