aliyev

 

Yenicag.az Analitik İnternet Qəzetinin baş redaktoru Aqil Ələsgər Türkiyənin nüfuzlu telekanallarından "Ülke TV”nin canlı yayın qonağı olub. "Axşama doğru” Xəbərlər proqramında Azərbaycan və Rusiyadakı Fətullah Gülən Şəbəkəsi ilə bağlı danışan A.Ələsgərin qələmə aldığı "Terrorun Gülən üzü” kitabı da geniş müzakirə olunub.

"Gülən üçün Azərbaycan Türkiyədən daha önəmlidir” deyən Aqil Ələsgər bildirib ki, "Şəbəkə üçün bura Rusiya və Orta Asiyaya giriş qapısıdır”.

Azərbaycanda Gülən Şəbəkəsinə qarşı mübarizədən də danışan A.Ələsgər qeyd edib ki, "Azərbaycan prezidenti bu məsələdə Türkiyə prezidenti Ərdoğanla həmfikirdir və onlara qarşı mübarizə aparmaqdadır. Lakin bu dini deyil, agentura şəbəkəsi olduğundan mübarizə asan deyil. Bəzən dövlət içərisindəki müridləri vasitəsilə özlərini gizlətməyə müvəffəq olurlar”.

İSTEKK

 

Aqil Ələsgər fətullahçıların onu məhkəməyə verməsindən də bəhs edib: "Azərbaycandan deport olunan Gülənin "Bank Asya”sının ortağı Ənvər Özərən  Qafqaz Universiteti ilə birlikdə məni məhkəməyə verib. Türkiyədə azad sözə basqıdan danışanla Azərbaycanda onları ifşa edənləri bütün yollarla susdurmaq istəyirlər”.

Xatırladaq ki, sabah 11.00-da Səbael rayon Məhkəməsində Ənvər Özərən, Qafqaz Universiteti və "Çağ Öyrətim” MMC-nin Yenicag.az və Aqil Ələsgərə qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə prossesi keçiriləcək.

ULUYOL.INFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300