Məmməd Əmin  Rəsulzadəyə qarşı xoşagəlməz ifadələr işlədən Nafiq Həmzəyevlə bağlı sosial şəbəkələrdə ictimai xadimlərin fikirlərin ULUYOL.İNFO təqdim edir:
 
Vurğun Əyyub:"YAP-ın rəhbərliyi, Milli Məclisin sədri Naqif Həmzənin dediklərinə reaksiya verməli, məsuliyyətsiz, savadsız və tərbiyəsiz münasibətinə görə mandatını ləğv etməlidirlər"

Arif Hacılı:"Azərbaycan Dövlətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəni təhqir edən Naqif Həmzəyev cinayət məsuliyyətinə cəlb edilməlidir!"

Rüstəm Behrudi:"Azərbaycan ziyalılarını bu adamın cavabını verməyə çağırıram.
Bu cür təhqirlərə dözən millətin başına nə bəla gəlsə, yenə də azdı"
 
Nəsiman Yaqublu:"Azərbaycan Milli Qurtuluş hərəkatının böyük ideoloqu, ilk Demokratik Azərbaycan Dövlətinin banisi M.Ə.Rəsulzadənin ünvanına təhqirli ifadələr işlədən,milli məclisin deputatı Naqif bəyə bu sözləri ünvanlayıb və bu təklifimi edirəm:Naqif bəy, əvvəl Rəsulzadə barəsindəyazdığım və yazılan kitabları oxu,biliyini,savadını artır, sonra xalqın vəkili ol! Bu kitabları oxuyub vətəndaş ol, M.Ə.Rəsulzadənin və onun əməl dostlarının min bir əziyyətlə,yolunda canlarından keçib yaratdıqları Azərbaycan Vətənini sevməyi öyrən!"
 
Fazil Mustafa:"Rəsulzadənin büstü, Azərbaycan dövlətinin büstüdür. Çünki hər bir dövlət həm də onun qurulmasında, varlığında rolu olan şəxsiyyətlərin obrazında canlılığını qoruyur. Rəsulzadənin büstünün başına torba keçirmək, Azərbaycan dövlətinin başına torba keçirməkdir!
Rəsulzadə bu dövləti satmayıb, bizim bu gün qürurunu daşıdığımız Vətən torpağını əqidədaşları ilə birlikdə Rusiyanın caynağından qurtararaq Azərbaycan Dövlətini qurub. Və bu Azərbaycan Dövlətinin ilk pytaxtı Gəncə olub. İlk milli paytaxtımız, baş tacımız. 
İllər keçəndən sonra Rəsulzadənin büstünün başına Gəncədə torba keçiriləndə, Gəncədə Rəsulzadəyə satqın deyiləndə, Gəncədə onun şəhid ailəsinin ruhuna hörmətsizlik ediləndə həqiqətən üzülürsən. Bu şəhərdə Azərbaycan milli davasının ən dəyərli kişiləri yetişib, az da olsa onların ruhundan utanmaq lazım..."
 
Qeyd edək ki,məsələ ilə bağlı Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə Nafiq Həmzəyevi məhkəməyə verəcəyin bildirmişdir.
 
Millət vəkilinin xoşagəlməz sözlərinə görə Xalqdan üzr istəməyəcəyi halda 9 dekabr tarixində Milli Məclisin önündə aksiya keçirilməsi nəzərdə tutulur.
 
 
SADAY FƏRƏCOV
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300