Gənc yazarın kitabı nəşr olundu:
 
Gənc yazar Xalid Mahmudun müəllifi olduğu "Əbədiyyət yolçuları" kitabı bu gün işıq üzü görüb. Kitab 1-ci Qarabağ savaşında Lerik rayonundan hərbi xidmətə gedən və şəhidlik zirvəsinə yüksələn qəhrəmanların həyat yolundan bəhs edir.  

Bu barədə Miq.az-a Xalid Mahmud özü məlumat verib. 

"Əbədiyyət yolçuları” kitabında Lerik rayonundan olan 148 şəhid və itgin haqqında məlumat verilib. Kitab bir növ bilgi vermək üçün nəzərdə tutulub və oçerklərdən ibarətdir. 
 
Qeyd edək ki, Azərbaycanın digər rayonları kimi Lerik rayonu da Qarabağ savaşında iki yüzə yaxın şəhid və itkin verərək tarixin ağrılı səhifələrinə adını yazıb. Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağa göz dikən erməni qəsbkarlarına qarşı mübarizə aparan və bu yolda canlarından keçərək şəhidlik zirvəsinə ucalan vətən oğulları haqqında çoxlu əsərlər yazılmış, filmlər çəkilib. Eyni zamanda, Lerik şəhidləri haqqında da bir sıra kitablar, poemalar, şeirlər, publisistik əsərlər yazilaraq onların adları əbədiləşdirilib. Belə ki, ölkənin tanınmış qələm adamları - Şəkər Aslan, İdris Şükürlü, Hüsaməddin Abbasov, Novruz Nəcəfoğlu, Dəstəgül Zamanlı, Qədiməli Əhməd və digərləri zaman-zaman bu mövzularda bədii və publisistik əsərlərlə çıxış ediblər. Bu mövzuda Əməkdar jurnalist, şair-publisist İdris Şükürlünün qələmə aldığı "Ölsən, inanma” kitabını və yazıçı publisist Hüsaməddin Abbasovun publisistik məqalələrini xüsusi qeyd etmək olar.

Onu da qeyd edək ki, bu mövzudakı əsərlər təkcə ağrı-acılı tarix deyil, həm də gələcək nəsillərə mesajdır. Bu mövzuda əsərlər yazan həmkarlarımıza da təşəkkür edirik. 

Bu işi görməklə şəhidlərin ruhu qarşısında vəzifə borcunu  yerinə yetirən Xalid Agayevə təşəkkür etməklə bahəm,  həm də onu təbrik edirik!

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300