Azərbaycanlı müğənni konsertini təxirə saldı -
 
Müğənni Mirkamil Kamilov Nabranda bu gün baş tutacaq konsertini təxirə salıb.

Axşam.az-ın məlumatına görə, buna səbəb isə Türkiyədə azərbaycanlı avtoriter Rövşən Lənkəranskinin (Canıyev) öldürülməsi olub:

"Avqustun 20-də Nabranda keçiriləcək solo konsertimizi təxirə saldıq. İnanıram ki, məni anlayışla qarşılayacaqsınız. Səbəbinə gəldikdə isə, bu son günlərdə duyduğumuz acı bir xəbər oldu. Bilet əldə edən bütün insanlardan üzr istəyirəm".

Bundan əvvəl isə müğənni R.Canıyev haqda yazıb:

"Böyük və dəyərli qardaşım, hər zaman cismində, qəlbində, gözlərində və ruhunda haqq olan qardaşım. Allah səni haqq dərgahından biz qardaşlarına dayaq göndərmişdi, saysız dərəcədə haqqı tapdanan insanlara kömək əli uzatdın, dayaq durdun, böyük qardaşlıq etdin. Allah bu saleh əməllərinə görə sənə öz haqq və rəhmət dərgahında ən üstün mərtəbələri layiq görər inşallah..."


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300