İran deputatından təxribatçı Nardaran çağırışı: "Fəallaşın!"

İran parlamentinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Mənsur Həqiqətpur Azərbaycanın Nardaran qəsəbəsinin sakinlərini polislə silahlı qarşıdurmadan sonra fəallaşmağa çağırıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə, İran hakimiyyətinə bağlı iran.ru agentliyi məlumat yayıb.

M.Həqiqətpur birmənalı olaraq belə deyib: "Azərbaycanın hakimiyyət orqanları regiondakı diktatorların aqibətindən ibrət dərsi almalıdır”.

Komissiya sədrinin müavini onu da bildirib ki, Azərbaycan bir tərəfdən, "homoseksuallara azadlıq verir, digər tərəfdən isə şiələrə qarşı zorakılıq edir”. Onun sözlərinə görə, belə hərəkətlərin "pis nəticələri olacaq”.

Qeyd edək ki, ekspertlərin mütləq əksəriyyəti Nardaran hadisələrinin arxasında "İran izləri”nin olduğunu təxmin edir. İranın yüksək rütbəli məmurlarından birinin bu ölkənin hökumət saytında yayılmış bəyanatı isə bir daha sübut edir ki, rəsmi Tehranın əsasən islamçı ekstremistlərin nəzarətində olan bu qəsəbədə baş verənlərdə, burada gərginliyin artmasında iştirakı var.(virtualaz.org)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300