STP-dən tanınmış hüquq müdafiəçisinin həyatı ilə bağlı müraciət

 

Sağlıq durumunda ciddi problemlər yaranan hüquq müdafiəçisi Fuad Həsənovun durumu ürəkaçan deyil. Uluyol.info-nun xəbərinə görə, bir qrup QHT nümayəndələrinin cəmləşdiyi Sivil Toplum Platforması Fuad Həsənəvoun həyatını xilas etmək üçün müraciət edib.

Həmin müraciəti təqdim edirik:

Sivil Toplum Platforması (STP) vətəndaş cəmiyyətinin tanınmış nümayəndələrindən olan "Demokratiya Monitoru” təşkilatının rəhbəri Fuad Həsənovun sağlıq durumunun ağırlaşmasından narahatdır. STP bildirir ki, xəstəxanaya yerləşdirilmiş hüquq müdafiəçisinin durumu olduqca kritikdir. Harda, hansı təşkilatda təmsil olunmasından asılı olmayaraq həyatını, bilik bacarığını ictimai işlərə sərf edən F.Həsənovun yardıma ehtiyacı var.
Sivil Toplum Platforması qeyd edir ki, hüquq müdafiəçisinə yardım məqsədilə onun həyat yoldaşının adına Azərbaycan Beynəlxalq Bankında hesab da açılıb. Hesab bilgiləri aşağıda ifadə olunub:
AZ63IBAZ33801019449278105216 (AZN);
AZ84IBAZ33811018409278105216 (USD);
AZ64IBAZ33811019789278105216 (EURO);
Hesaba hüquq müdafiəçisinə yardım məqsədilə vəsaitlər də daxil olmaqdadır. Yardım kampaniyası fərdi və təşkilati qaydada davam edir. Ancaq təəssüflər olsun ki, toplanmış vəsait hüquq müdafiəçisinin xilası üçün yetərli deyil.
F.Həsənovun həkimlərinin bildirdiyinə görə, onun sağalması Azərbaycanda mümkün görünmür. Hüquq müdafiəçisinin müalicə üçün ən qısa zamanda ölkə xaricinə aparılmasına ehtiyac var. Təəssüf ki, ailəsinin, əzizlərinin, bir neçə fədakar insanın maddi imkanları bunu təmin etmək üçün yetərli deyil.
Bunları nəzərə alaraq, STP bütün cəmiyyəti hüquq müdafiəçisinin həyatına biganə qalmamağa, vətəndaşları, xeyriyyə birliklərini Fuad Həsənova yardım göstərməyə çağırır.
STP qeyd edir ki, hazırda F.Həsənovun xaricdə müalicəsinin yeganə mümkün çıxış yolu əlaqəli dövlət qurumlarının duruma müdaxiləsilə ola bilər. STP Səhiyyə Nazirliyini, nazirliyin ölkə daxilində mümkün olmadıqda Azərbaycan vətəndaşlarının müalicəsinin ölkədən kənarda təmin edilməsi ilə bilavasitə məşğul olan xüsusi komissiyasını F.Həsənovun durumunu diqqətə almağa, hüquq müdafiəçisinin xaricdə müalicə edilməsini təmin etməyə çağırır.
STP həmçinin, beynəlxalq qurumları, xeyriyyə fondlarını huquq müdafiəçisinin həyatının xilas edilməsində səylər göstərməyə dəvət edir.

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300