Şəhid Elimdar Səfərovun ad günü keçirildi-VİDEOAprel döyüşlərində şücaət göstərmiş ,gizir Səfərov Elimdar Səlimxan oğlunun 26 iyul ad günü münasibətilə tədbir keçirilmişdir.
 
Neftçala rayonuna ezam olunmuş əməkdaşımız bildirir ki, Şəhidin Aşağı Qaramanlı kəndində məzarı ziyarət olunmuş,ailə üzvləri,kənd sakinləri,rayon ictimaiyyəti,respublikanın bir çox ziyalıları iştirak etmiş, şəhidlərimiz ruhlarına dualar oxunmuşdur.

Elimdar Səfərovun ata ocağında 24 yaşı münasibətilə tədbir təşkil edilmişdir.Tədbirdə rayon ziyalıları,ailə üzvləri,təhsil aldığı orta məktəbin istedadlı şagirdləri Elimdar Səfərova həsr edilmiş şeirlər oxumuş,milli-vətənpərlik ruhunda kompazisiyalar təşkil edilmişdir.

Axşam namazında Aşağı Qaramanlı "Əbülfəzl Abbas" məscidində namaz qılınmış,Vətən torpaqlarının bütövlüyü uğrunda canların fəda etmiş şəhidlərimizin ruhlarına dualar oxunmuşdur.Namazdan sonra şəhidin ata ocağında təşkil edilmiş mərasimdə QMİ Neftçala rayonu üzrə axund Mirseymur Əliyev, "Cəfəri " ilahi qrupundan Hacı Mehdi Dərbəndi, Kəlbəlayi Bağırzadə Hikmət,  Qəzəlxan Hacı Elşən Xəzər, İlahiyyatçı Hacı Musa Abbasov, şair Müzəffər Məzahimin "Elimdar " şeiri səsləndirildi, sonra qəzəlxan Ehtiram Fəna,Qəzəlxan İmran ,Neftçala Vilayət İlahilər qrupu,şəhidin qardaşı Elizbar Səfərov və şəhidin döyüş yoldaşları ardıcıl olaraq çıxış etmişlər.Məclisi Aşağı Qaramanlı "Əbülfəzl Abbas" məscidinin axundu Məşədi Taleh Əliyev aparmışdır. 

 

Səfərov Elimdar Səlimxan oğlu 1992-ci il iyulun 26-sı Yardımlı rayonunda  dünyaya göz açıb.1993-cü ildə ailəsi ilə birlikdə Neftçala rayonuna gəlib,və Aşağı Qaramanlı kəndində məskunlaşmışlar.Neftçala rayonu Sakit Kərimov adına Qədimkənd kənd orta məktəbinə 1998-ci ildə birinci sinifə getmiş və həmin məktəbi 2009-cü ildə bitirmişdir.Hərbi xidmətə yollanan Səfərov Elimdar xidməti başa vurduqdan sonra yenidən Ordu sıralarına qatılmışdır.

Milli Ordunun giziri kimi mühum strateji obyektlərin,yüksəkliklərin araşdırılması,düşmən tərəfində olan silah -sürsat,əsgər sayı və hərbi sirr kimi gizlədilən düşmən ordusunun məlumatların çox peşakarlıqla öyrənmişdir.Xidməti zamanı xeyli fərqlənmə nişanları,təbrik məktubları almışdır.Düşmən tərəfinin aprelin 1-i gecə ordumuzun mövqelərin atəşə tutduğu zaman məhz Səfərov Elimdarın daxil olduğu kəşfiyyat bölüyümüz düşmənin içərilərinə girməyi bacarmış,və bu gün strateji əhəmiyyəti olan yüksəkliklərin alınmasında birbaşa iştirak etmişdir.Döyüş zamanı bir yerdə olduqları hərbiçi dostları Elimdarın döyüş qabiliyyətlərindən,verilən tapşırığı vaxtında yerinə yetirməsini xüsusilə vurğulamışlar. 
 
Uluyol.info yaxın günlərdə şəhidin ad günü münasibətilə düzənlənən tədbirin video yazısın təqdim edəcək.
Bizi izləyin...

Tural İNTİQAM

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300