Şəhid Mübariz mənə dedi ki…
 

Şəhid Mübariz mənə dedi ki…

 
 

Bir şəhidin məzarı önündəyəm... Şəhid Mübarizin... Mübarizlik göstərərərk şəhid olan Mübariz... Öz qanı ilə insanları qəflətdən oyadan və yüzlərlə şəhidə, şəhidlik bayrağını mübarizcəsinə ötürən Mübariz... "Şəhid olanədək, bu şərəfsizlərin üzərinə gedəcəm” deyən və öz sözünü şəhadəti ilə isbatlayan Mübariz...

Baxıram o mübarək məzara... Məzarın zahiri daş və torpaq olsa da, həqiqəti isə nurdur nur... Gözümü zilləmişəm şəhid məzarına. İlahi feyz, bərəkət və rəhmətin nazil olduğu bir məzar. Mələklərin gediş-gəliş məkanına çevrilən nurani bir məkan... Bax budur şəhid məzarının həqiqəti...

Fİkrə dalıram şəhid məzarı üstə... Əllərimi məzar üstə qoyub, sakit səslə dua edirəm şəhidimizi. Bu ümidlə ki, o da məni dua edə, o da Qiyamət günü ona verilən şəfaət haqqından istifadə edərkən, məni də yad edə...

Baxıram o mübarək məzara... Şəhidlik diləyirəm, şəhid məzarı üstə... Məzar danışır mənlə sanki. Axı məzarlar, qəbirlər insana nəsihət verəndir. (Hədis)

Dedim: Mübariz, sənə bir sirr verimmi?

Dedi: Agaham.

Dedim: Sən şəhid olmayana qədər səni tanımırdım.

Dedi: Allah öz sevimli bəndələrini adi camaatın içində gizlədib.

Dedim: Şəhidliyin bizi üzdü.

Dedi: Siz üzüləsiz deyə yox, ayılasız deyə şəhid oldum.

Dedim: Düşmən tərəfə keçdin deyə az qala səni...

Dedi: Nə zamandan öz torpağımıza "düşmən tərəfi” deyə müraciət edirsiniz?

Dedim: Sənə daha sonra şəhidlik statusu verildi.

Dedi: Şəhidlik status deyil, məqamdır.

Dedim: Sənin bu əməlin bütün dünyaya səs-səda saldı.

Dedi: Dünya ən alçaq yerdir.

Dedim: Ata-ananın gözlərini yaşlı qoydun, buna dəyərdimi?

Dedi: O çətin gündə (Qiyamətdə) onlara şəfaət edib, əllərindən tutub Cənnətə apararam. Buna dəyməzmi?

Dedim: Bəs bizə də şəfaət edərsənmi?

Dedi: Şəfaətə layiq olan, hər kəsə şəfaət şamil olacaq.

Dedim: Bunun üçün nə edək?

Dedi: Namaz, namaz, namaz...

Dedim: Bəs sonra?

Dedi: İnsanlara yaxşılıq edin. Elə yaxşılıq ki, onların islahına və hidayətinə vəsilə olsun.

Dedim: Burada halın necədir?

Dedi: Məzarımız Cənnət bağçalarından bir bağçaya çevrilib.

Dedim: Ziyarətinizə gəlmədikdə darıxırsınızmı?

Dedi: Onlar üçün orada nə qəm və nə də qüssə vardır.

Dedim: Məzarını toz basıb, heç silən də yoxdur. Görünür səni unudublar.

Dedi: Onlar məni yox, əslində özlərini unudublar. Daha dəqiq desəm; "Onlar Allahı unutdular deyə, Allah da onların özlərini özlərinə unutdurdu.” (Qurani-Kərim) Siz məzarın zahiri tozlarını silin ki, Allah da sizin ruhunuza qonan günah tozlarını silib, sizi pak etsin. Ziyarətimizə gəlməklə qazanan sizsiniz.

Dedim: Biz nə qazanırıq?

Dedi: Bizə təvəssül və təbərrük etməyinizi məgər az hesab edirsiniz?

Dedim: Təəssüf ki, məqamınızı dərk edə bilmirik.

Dedi: Hər kəs dərk etdiyi qədər məsuldur.

Dedim: Burada ürəyim rahatlıq tapdı.

Dedi: Axı bura Vadiye rəhmətdir.

Dedim: Vadiye Rəhmət nədir?

Dedi: Rəhmət Vadisi. Allahın rəhmət və bərəkəti buraya nazil olur.

Dedim: O rəhmət və bərəkətdə bizim də payımız var?

Dedi: Bu vadiyə daxil olan hər kəsi bu ilahi rəhmət əhatə edir.

Dedim: Şəhidliyi, mənə vəsf et şəhidim.

Dedi: O vəsf edilməz yaşanar.

Dedim: Sən də məlum olan gündə dünyaya qayıdacaqsanmı?

Dedi: Dünyaya sadəcə bir şeyə görə qayıtmaq istəyirəm.
 

Dedim: O nədir ki?

Dedi: Allah yolunda yenidən şəhid olmaq.

Dedim: O Xilaskara sizin kimi mübarizlər lazımdır.

Dedi: Təqva baxımından mübariz olun!

Dedim: Onu görürsənmi?

Dedi: Məgər siz görmürsünüz?

Dedim: Artıq getməliyəm şəhidim, sizi yenə tənha qoyuruq.

Dedi: Onların münisi və yoldaşları mələklərdir.

Dedim: Gedirəm.

Dedi: Yenə gəl.

Dedim: Niyə?

Dedi: Özünüzün islahı üçün.

Dedim: Gələrəm.

Dedi: Əhdinizə vəfa edin.



İlahiyyatçı yazar - Mahir Şəkərov

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300