
Bakıda axtarışda olan iki nəfər tutulub.
Bu barədə "Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Xətai Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1995-ci il təvəllüdlü Ağa Musayev tutulub.
Həmçinin, Xətai Rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1994-cü il təvəllüdlü Ağaqulu Nağıyev tutulub.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.