Fitrə zəkatını kimlər və hansı ölçüdə verməlidir?
 
Ölkəmizdə yanaşan iqtisadi böhran əhalinin əksər hissəsini kredit borclarından asılı vəziyyətə salıb. Problemli kreditlərin həcminin hər ay artması da vətəndaşların borclarını ödəməkdə çətinlik çəkdiyindən xəbər verir. İnsanları düşündürən əsas suallardan biri də borcu olan insanlara fitrə zəkatının vacib olub-olmamasıdır. 

Fitrə zəkatı kimlərə vacibdir, nə qədər və kimlərə verilməlidir?

Bu sualları cavablandıran ilahiyyatçı Hacı İlqar İbrahimoğlu musavat.com-a açıqlamasında bildirdi ki, borclu olmaq özlüyündə insanı fitrə zəkatından azad etmir: "İnsan ola bilər ki, borclu olsun, amma rifah durumuna xas həyat tərzi keçirsin. Fitrə zəkatından azad olmağın meyarı insanın fəqir olmasıdır. Yəni, öz aylıq dolanışığını təmin etməkdə böyük çətinlik çəkməsidir.

 Başqa sözlə desək, insan zəruri həyat ehtiyaclarını qarşılamaqda çətinlik çəkirsə, fəqir hesab edilir və fitrə zəkatından azad olur. Fitrə zəkatı aqil (psixiki baxımdan normal), baliğ (həddi-büluğa çatmış), huşu başında olan, eyni zamanda fəqir və miskin olmayan insana vacibdir”. 


Fitrə zəkatının məbləğinə gəlincə, İ.İbrahimoğlu bunları dedi: "Fitrə zəkatı olaraq, 1 sa (təqribən 3 kq) çörək, buğda, düyü və s. və yaxud onların pulu götürülür. Bayram axşamı (Ramazan bayramından öncəki gecə) şam azanından sonra çıxılan fitrə zəkatı, bayram günü bayram namazınadək verilir. Bayram namazını qılmayan şəxs, fitrə zəkatının verilməsini günorta azanınadək təxirə sala bilər. Fitrə zəkatı fəqirə, yolda qalan müsafirə, borcluya və s. verilə bilər. Fitrə zəkatını möminə vermək müstəhəbdir. 

Fitrəni alkaqollu içki içənə və aşkar günah edənə vermək olmaz. Fitrə zəkatını verən şəxs, özünün və onun çörək yeyənləri sayılan insanların, o cümlədən, hətta bayram axşamı onun razılığı ilə məğribdən (məğrib - şam azanından 15-20 dəqiqə əvvəl olan vaxta, gün batan zamana deyilir) əvvəl onun evinə qonaq gələn şəxslərin də fitrəsini ödəməlidir. Seyyid olmayan şəxs, seyyidə fitrə zəkatı verə bilməz (belə ki, seyyidlər - Həzrət Peyğəmbərin (s) nəslindəndir və onlara sədəqə qəbul etmək icazəsi verilmir). Amma seyyid olan şəxs, fəqir seyyidə fitrə zəkatı verə bilər”. 

İlahiyyatçının sözlərinə görə, fitrə zəkatını hesablamağın ən asan yolu - ailənin adətən yediyi çörəyin 1 kiloqramının qiymətini müəyyən edib, bu rəqəmi 3-ə vurmaqdır: "Alınan məbləğ adambaşına düşən fitrə zəkatının məbləğini göstərir. Məsələn, ailənin adət üzrə yediyi çörəyin 1 kiloqramı 1 manat təşkil edirsə, bunun da 3 kiloqramı 3 manat təşkil edir ki, adambaşına düşən fitrə zəkatının məbləğini göstərir”. 

Nərgiz,
Musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300