"Quran müqəddəs deyil,” deyənlərə Qurandan müqəddəslik dəlili.
Müqəddəs Qurani-Kərim, quddus olan Allah tərəfindən insanlığa göndərildi. Göndərildi ki, onlara hidayət yolunu göstərə və yollarını aydınladan bir nur ola. Çox təəssüf bu ilahi nurun müqabilində gözlərini yuman, "gözüm qapalıdırsa deməli günəş də yoxdur” deyən bir ümmət peyda oldu. Özünü ilahiyyatçı adlandıran bəziləri "Quran müqəddəs deyil, müqəddəs (Quddus) olan yalnız Allahdır” deyə batil iddialar irəli sürürlər. Məsələni daha gözəl anlamaq üçün ilk öncə bu sözün mənalarına nəzər salaq. "Müqəddəs” sözünün mənaları.
1.Pak-pakizə - münəzzəh, bütün eyib və nöqsanlardan pak.

2. Ehtiram və hörmətə layiq.

3. Çox hörmətli, çox qiymətli.

4. Bərəkətli, mübarək.

Bu qeyd etdiyimiz mənalar lüğət kitablarında ən məşhur mənalardır ki, qeyd etdik. (Lisanul-ərəb - 6/168- 169).

Bu söz "müqəddəs,” "Quddus,” "quds,” "qudus,” kimi müxtəlif formalarda işlənsə də məna etibari ilə yuxarıda qeyd etdiyimiz mənaları ehtiva edir. Müqəddəs sözü ərəb sözüdür ki, dilimizə də keçmişdir. Quranda müxtəlif qəliblərdə on yerdə gəlmişdir. Bunun üçü Hz Musa (ə) – a, üçü Hz İsa (ə) – a, dördü isə Hz peyğəmbərə (s) nazil olan məsələlər (Hz Cəbrayıl (ə) və gətirdiyi vəhy) haqdadır.
Deməli, müqəddəs sözü işlənmə yerlərinə görə, mənası; "pak-pakizə,” "eyib və nöqsanlardan uzaq,” "hörmətə layiq,” "bərəkətli və mübarək” mənalarına gəlir.

"Quran müqəddəs deyil” demək o deməkdir ki; (Bu sözlərə görə Allaha sığınıram)

1. "Quran pak və pakizə və eyib və nöqsanlardan uzaq deyil.”

2. "Quran hörmətə layiq deyil.”

3. "Quranın heç bir dəyəri qiyməti yoxdur.”

Bu qeyd olunan mənalar dırnaqarası ilahiyyatçının fikirləridir ki, buna görə Allaha sığınırıq. Aydın olur ki, "Quran müqəddəs deyil” deməklə əslində Allahın kitabına eyib və nöqsan nisbət vermək niyyətindədirlər. Amma Quran bu iddianı qəbul etmir və buyurur: "Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pəhrizkarlar üçün hidayət mənbəyidir.” (Bəqərə 2) Həmçinin buyrulur: "Həqiqətən bu zikri (Quranı) Biz nazil etdik və şübhəsiz, onu Biz Özümüz qoruyarıq.” (Hicr 9)
İkinci bir məsələ; Necə ola bilər ki, Allah müqəddəs olduğu (Həşr 23) halda, Allahın vəhyi (sözü) olan Quran müqəddəs olmasın?

Gəlin birgə "Quddus” (Qadəsə) sözünün və bu kökdən gələn sözlərin Quranda işlənmə yerlərinə nəzər salaq.

1. Allah müqəddəsdir – Quddusdur. – eyib və nöqsanlardan pakdır. (Həşr 23, Cümə 1)

2. Mələklərin Allahı müqəddəs hesab etməsi – ( Bəqərə 30.)

3. Hz Cəbrayılın (ə) müqəddəs adlandırılması – (Bəqərə 87, 253, Maidə 110, Nəhl 102)

4. Məkanın müqəddəs adlandırılması. (Taha 12, Naziat 16)

5. Torpağın, ərazinin müqəddəs adlandırılması (Maidə 21)

O şəxslər ki, iddia edərək deyirlər ki, "müqəddəs yalnız Allahdır,” bəs onda bu ayələr nədir? Buna cavab verilsin əgər hələ də bir deyəcək sözləri varsa...

Yuxarıda qeyd etdiyimiz 5 qrup ayədən, Quranın müqəddəsliyinə ən bariz dəlil 4-5-ci sırada olan ayələrdir. Diqqət edin! Allah Hz Musaya (ə) vəhy nazil olan əraziləri müqəddəs adlandırır. Nə üçün? Çünki, orada ilahi vəhy nazil olmuşdur. İlahi vəhyin nazil olduğu bütün ərazilər müqəddəsdir. O məkan müqəddəsdirsə, o məkanı müqəddəs edən ilahi kəlam, Quran müqəddəs olmazmı? Niyə düşünmürsünüz? Odur ki, Quranın xüsusi ilə Maidə 21-ci ayəsi bu məsələlər üçün bir ülgü( nümunə,meyar) ola bilər. Bu ayədən çıxış edib deyə bilərik ki, əziz peyğəmbərimizə (s) vəhy nazil olan Hira mağarası da müqəddəsdir. Çünki orada Quddus olan Allahın vəhyi – müqəddəs Quran nazil olub. Fikrimcə anlayana bu qədər izah yetər...
İndi isə Quddus sözü ilə bağlı bəzi kəlmələrə də diqqət edək;

Təqdis: – Təmizləmə, paklama, müqəddəs qılma mənalarına gəlir. Bu söz təsəvvuf ədəbiyyatında, Allahı hər cür eyib və nöqsandan pak bilməyə də aid edilir. İbni Cərir Təbəri, Təfsiri Təbəridə bu sözlə bağlı buyurur: "Təqdis, elə həmin paklıq və Allahı əzəmətli bilməkdir.” (Təfsiri Təbəri – 1 / 475) Beytul-Muqəddəs: - Qüds şəhərində yerləşən məscid, ora ibadət məqsədi ilə gələn insanların günahlardan pak olmasına səbəb olduğu üçün "Beytul-Məqdis” (pak ev) adlandırılmışdır. Hədisi-Qudsi: - Mənası Allah-təalaya, amma forması (söz quruluşu) Həzrət Muhəmməd Peyğəmbərə (s) aid olan kəlamlara hədisi-qüdsi deyilir. Başqa sözlə, hədisi-qüdsi elə kəlamdır ki, bunu Allah Peyğəmbərə (s) məna şəklində vəhy edib, amma Peyğəmbər (s) onu söz qəlibinə salaraq insanlara çatdırıb.
Həzirətul-Quds: - İşlənmə yerinə görə bu mənaları verir. (Xüsusi məkan) Behişt, Şəriət. Bəzi mənbələrdə, Peyğəmbər (s) və əvliyaların ruhlarının toplandığı yer, kimi də qeyd olunur. Bəhailərin öz ibadət yerlərini də bu cür adlandırmaları, da deyilən fikirlər arasındadır
 
İlahiyyatçı-yazar Mahir ŞƏKƏROV
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300