Mehriban, mərhəmətli və gözəl Allahın adı ilə

Əziz xalqım! Hörmətli Azərbaycan müsəlmanları!
 Dövlət məmurlarına rəsmi müraciətlərim bu günədək cavabsız qaldığından, sizlərə müraciət etmək məcburiyyətində qaldım. 

Bu gün düşdüyümüz bu insanlığa sığmayan həyat tərzindən xilas olmaq üçün bu müqəddəs torpaqda yaşayan və özünə, ailəsinə, millətinə qiymət verə bilən insanları birliyə dəvət edib, normal bir insan cəmiyyəti qurmaq üçün mübarizəyə səsləyirəm. Artıq yaltaqlıqdan, riyakarlıqdan, mənəm-mənəmlikdən düşmənçilikdən əl çəkib, haqqın, ədalətin bərqərar olduğu bir cəmiyyətdə insan kimi yaşamağımızın vaxtı çatmışdır.

Azərbaycanda yalan tüğyan edir, haram rüşvət adı ilə adiləşib, xalqın sərvətləri bir qurup mafiyoz tərəfindən talanır. Xalq min cür əzab və iztirablar içərisində yaşayır. Bunu hamı görür və susur. NİYƏ? Çünkü insan öz varlığına biganədir. Öz dəyər qiymətini bilmir və onu fani dünya malına çox ucuz qiymətə satıb. Beləliklə də, lənət olmuş şeytana qul olub! Düşdüyümüz faciələrin, çəkdiyimiz zülümlərin də kökündə məhz bu səbəb dayanıb.

HAQQA QAYIT EY İNSAN!
Yaşadığın bu qeyri-insani həyat tərzi ucbatından Allahdan böyük bir bəla gəlməkdədir. . Elə bir dəhşətli fəlakətlər baş verəcək ki, indiyə qədər gördüyün zülümləri, müsübətləri sənə unutduracaq və onlara şükür etməli olacaqsan! Başına gələcək növbəti müsibətləri gözləmə, Haqqa qayıt!

Bu gün cəmiyyətimizə açıq gözlə nəzər salsaq, Lut Peyğəmbərin dövrünü xatırladır. Allahın bəyənmədiyi murdar əməllər və bu əməllərin qarşılığı olaraq baş verən qasırğalar, tufanlar, daşqınlar, zəlzələlər dünyanı bürüməkdədir. Qarşıda bizi daha böyük fəlakətlər gözləyir. Yuxarıda dediyim kimi, görəcəklərimiz gördüklərimizdən daha dəhşətli oıacaqdır. Bilin ki, dünya sahibsiz deyil, Allah hər şeyi görür və vaxtı çatanda layiq olduğu cəzanı verir. Artıq həmin vaxt çatmışdır və bəşəriyyət cəzasını almaqdadır.

Bu çağrış haqda hakimiyyətdə olan İlham Əliyev və onun komandası daha çox düşünməlidirlər. Çünkü gələn bəlalardan ən çox itirəcək onlar olacaqlar. Qoy onlar yahudi və xaçpərəstlərin boş vədlərinə aldanmasınlar. Rəbbim Quranda buyurur ki, "Siz xristian və xaçpərəstlərlə gizli və aşkar saziş bağlayırsınız. Bunun heç bir nəticəsi olmayacaq”. 

2009-cu ildə İlham Əliyevə və digər rəhbər orqanlara yazdığım məktubda Qarabağ müharibəsinin həllində xristiyan dövlətlərinin vasitəçiliyinə və onların vədlərinə aldanmamağı, millətin və dövlətin gücünə arxalanmağı tövsiyə etmişdim. Qeyd etmişdim ki, son nəticədə vasitəçi dvlətlər məsələyə biganə qalacaqlar. Məktubdan 4-5 ay sonra Avropa Şurasında Qarabağ məsələsi müzakirə edilərkən, həqiqətən də vasitəçi dövlətlər bitərəf qaldılar.

Bu gün həmin xristian dövlətlər dünya müsəlmanları arasına ikitirəlik, nifaq salmaqla müsəlmanları bir-birinə qırdırırlar və bu müharibələrə silah satmaqla, orada hakimiyyətə öz adamlarını gətirməklə küllü miqdarda qazanc əldə edirlər. 
Odur ki, Azərbaycanın iqtidarda və müxalifətdə olan siyasətçiləri heç vaxt yahudi və xaçpərəstlərin vədlərinə aldanmamalıdırlar.

Mənim dəyərli xalqım! Allah bizi Haqqa dəvət edir, insanlığa dəvət edir. Qiymətli şəhidlərimizə xatir, ah çəkib öz naləsində boğulan ana-bacılarımıza xatir, abır-ismətini qoruyan qız-gəlinlərimizə xatir, Allaha, peyğəmbərlərə, Qurana xatir bu dəvəti qəbul et! Mənəm-mənəmlikdən, cahil həyat tərzindən əl çək. Allah bəyənən əməl və əxlaq sahibi ol. Düçar olacağımız bəlaları gözləmə, haqqa gəl. Sən yaranmışların əşrəfisən! Özünü fani dünya malına-varına ucuz satma.  Bil ki, bir günahsız insanın qiyməti bu fani dünyaya bərabərdir. 

Allahın varlığını öz cismində - sənə əmanət verilmiş ruhunda axtar. Sən Allahın nişanəsisən! Belə qeyri-insani və əxlaqsız həyat tərzi, belə bir iyrənc cəmiyyət sənə layiq deyil. Özünə gəl, gözünü aç və özünə, əməllərinə diqqətlə fikir ver..
Sənə layiq olan cəmiyyət qurmaq üçün mübarizə apar. 
Haqqı tələb edərkən kimsənin haqqını da tapdalama. Belə etsən, haqqına qovuşmaqda Allah sənə yardımçı olacaq. Gələn bəlalardan ancaq bu yolla xilas ola bilərsən. 

Bu millətə rəhbərlik edənlər də özlərindən əvvəl dünyada hökmranlıq etmiş insanların həyatlarından ibrət dərsi götürsünlər!
İndiyə qədər etdikləri günahlara görə tövbə etsinlər  və Haqqa tapınsınlar. Allahdan qorxaraq insanlara zülm etməkdən və haramçılıqdan əl çəksinlər. Əks halda onlara çox ağır bəlalar üz verəcək! Mənim borcum bu xəbərdarlığı millətə və onun rəhbərinə çatdırmaqdır. 

Rəbbim Quranda belə buyurur:
"Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar sizin haqqınızı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz. Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi yurdunuzdan çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa Mənim düşmənlərimi dost tutmayın. Siz onlarla gizlində dostluq edirsiniz (onlara sirr verirsiniz). Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi (bütün gizli və aşkar əməllərinizi) bilirəm. Sizdən kim (bir daha) bunu etsə o, şübhəsiz ki, haqq yoldan azmışdır! Zülm edənlərə meyl etməyin!” Quran, 60:13

Allahın qulu və carçısı: Hacı Xalid Fərəc

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300