"Zəif görünən o tayfanı (müsəlmanları) yer üzünün daim xeyir-bərəkət verdiyimiz Şərq tərəflərinə (!) varis etdik."Quran-Kərim, 7:137.

Ayədən də göründüyü kimi, müsəlmanların qismətinə Yerin ən zəngin xəzinələrə malik Şərq  hissəsi düşmüşdür. Elə  bu səbəbdən də başları həmişə dərddə olmuşdur. Çünkü xəzinə üstündə həmişə ilanların mübarizəsi gedər... Bu təbiətin yazılmamış qanunudur. 

Əsrlər boyu ingilislər şərqin sərvətlərini nəzarətə götürmək üçün müxtəlif hiylələr qurmuşlar. Belə ki, İslamın daxilində qondarma cərəyanlar (vəhabilik, sələfilk, İŞİD və s.) yaradıb, hakimiyyətə gətirməklə, bu sərvətləri nəzarətdə saxlayırlar. Son dövrlərdə isə, yaratdıqları qondarma cərəyanı bütün Şərqdə hakimiyyətə gətirməyə çalışmaqla, həm nəzarətlərində olan əraziləri genişləndirmək, həm də bəşəriyyəti İslam dinindən iyrəndirmək və uzaqlaşdırmaq məqsədi güdürlər. Beləliklə də bir gülləyə iki dovşan vururlar.

Onların digər maraqları ondan ibrətdir ki, radikal və terrora meyilli  cərəyanlar nə qədər çox coğrafiyaya yayılarsa, müharibələr də çoxalar, beləliklə də silah satmaq üçün yeni bazarlar açılar.
Bu talanlar, qarətlər  neftlə zəngin bir ərazidə getdiyindən, radikal cərəyanlar, və onların beynəlxalq himayədarları ələ keçirdikləri neft yataqlarından  külli miqdarda qazanc əldə edirlər.
Qərbdəki mafioz dairələr  Şərq ölkələrində müharibə alovunu qızışdırmaqla, həm də insan alverinə geniş imkanlar açırlar. Belə ki, hazırda müharibə gedən ölkələrdən gündə yüzlərlə qadın, qız, azyaşlı uşaqlar insan alverinin qurbanına çevrilir, Qərb bazarlarında satılır. Onların bir hissəsi pritonlara, digər hissəsi isə, orqan alveri ilə məşğul olanlara satılır.  

Bütün bunları yaradan səbəblərdən ən başlıcası Şərq ölkələrində savadsızlığın, cahilliyin və İslamdan uzaq düşmənin nəticəsidir ki, bu da Qərbin dəstəyi ilə hakimiyyətə gələn cərəyanların əli ilə qəsdən yaradılmışdır. 

Söz ardı: Sən saydığını say, gör fələk nə sayır?! Elmi-ladun hesablamalarımız göstərir  ki, kafirlərin məkirli hiylələrinə baxmayaraq, Allah-təala İslamın dirçəlişinə qərar verib və bu dinin gözəllikləri, mənəvi dəyərləri nəinki Şərqdə, bütün dünyada bərqərar olacadır İnşallah. Yaxın bir neçə ildə bizlər buna şahid olacağıq. Onda heç bir təriqətdən söhbət getməyəcək və insanlar Allaha sığınaraq, gələn fəlakətlərdən qurtulacaqlar. 

Paşa Yaqub : tədqiqatçı-yazıçı

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300