Ramazanın 5-ci gününün duası, imsak və iftar vaxtı

Bu gün Azərbaycanda Ramazan ayının dördüncü günüdür.

Uluyol.info xəbər verir ki, QMİ-nin açıqladığı Ramazan təqviminə əsasən, beşinci gün üçün imsak vaxtı saat 03:09, iftar vaxtı isə 20:27-yə təyin olunub.

Beşinci günün imsak vaxtı üçün duasını təqdim edirik:

"Allahumməc’əlni fihi minəl-müstəğfirin. Vəc’əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc’əlni fihi min övliyaikəl-müqərrəbin. Birə’fətikə ya ərhəmər-rahimin”.

Tərcüməsi: "İlahi, bu gün məni bağışlanmışlardan, sənin fərmanına baş əyən saleh bəndələrindən və yaxın dostlarından qərar ver. Mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi!”.

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah bütün oruc tutanların orucunu qəbul etsin!

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300