İntiqam Xudiyev "Vətəndaş cəmiyyətinə aramsız təqib və təzyiqlər nəticəsində  hakimiyyət  illərlə kapital xərclədiyi və lobbiçilik apardığı beynəlxalq siyasətini sifra endirdi"Avropa  Demokratik  Dəyərlərin Təbliği  Mərkəzinin  sədri  İntiqam Xudiyevin QHT-lərin fəailiyyəti ilə bağlı fikirlərin Uluyol.info olaraq öyrəndik:


Vətəndaş cəmiyyətinə aramsız təqib və təzyiqlər nəticəsində  hakimiyyət  illərlə kapital xərclədiyi və lobbiçilik apardığı beynəlxalq siyasətini sifra endirdi.

 

Azərbaycanda artıq 20 ilə yaxındır ki, insan haqlarının vəziyyəti ilbəil pisləşirdi. Əslində Kütləvi informasiya vasitələri və siyasi partiyalar bu və başqa cür şəkildə hökümət tərəfindən oyundan kənar vəziyyətə salındıqdan sonra bu proseslə sadəcə Vətəndaş cəmiyyətinin üzvləri mübarizə aparırdı. İnsan Haqlarının pozulması ilə bağlı əsas ciddi problemlər (Sərbəst toplaşma , Söz Azadlığı  və s.) ölkədə fəaliyyəti olan ən aktiv kəsim olaraq QHT-lərə qarşı da təzyiqlərin artmasına gətirib çıxarmışdı. Əslində elə 2000-ci illərdən başlayan siyasi hakimiyyətin təzyiqləri 2013-cü ildən daha da intensivləşdi. Təzyiqlər həm də QHT-lər haqqında qanuna dəyişikliklər edilməsi, şərtlərin sərtləşdirilməsi ilə də müşahidə olunub.

 

Beləki , 2013-cü il dekbarın 17-də vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini tənzimləyən qanunlara Milli Məclisin iclasında  dəyişilikləri qəbul edir. 17 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti dəyişikləri imzalayır. Bu dəyişikliklər QHT-lərin fəaliyyətini ciddi şəkildə məhdudlaşdırır, xarici donorlardan qrant almağa faktiki qadağa olunur. Bundan başqa total şəkildə həbslər başlayır, Baş Prokurorluq yanında Ağır Cinayətlərə dair idarədə qeyri-hökümət təşkilatlarına qarşı açılan cinayət işi əsas gətirilərək ölkənin demək olar ki, bütün aktiv QHT-ləri istintaqa cəlb olunur. Qrant ala bilməyən, hər gün hüquq mühafizə orqanları tərəfindən sorğularda incidilən, təhdid və təhqir olunan Vətəndaş cəmiyyəti üzvlərinin işi tamamilə iflic oldu.

 

Bu hökümətin ölkəyə vurduğu ən böyük zərbələrdən biri idi. Yanlış siyasətin nəticələri özünü çox gözlətmədi, hökümətin mətbuata və siyasi partiyalara qarşı aqressiv represiyası Vətəndaş cəmiyyətinə qarşı yönələndə birinci olaraq elə hökümətin özünü vurdu.

 

Gəlin baxaq, birinci QHT-lərin fəaliyyətinin dayandırılması ölkədə onlarla yox, yüzlərlə insan işsiz qoydu. Bu azmış kimi, ölkəyə gələn pul axınının da qarşsını aldı. Amma bütün bunlar işin texniki tərəfidir desək yanılmarıq.

Vətəndaş cəmiyyətinin iflic edilməsi ölkənin dünyadakı reputasiyasını tamamilə mənfiyə endirdi. Qeyri hökümət təşkilatları ilə əməkdaşlıq edən xarici tərəfdaşları Azərbaycanın adının ən aşağı reytinqli, ən qeyri-tolerant, anti demokratik siyahılara salınmasına nail oldular. İllərlə birgə fəaliyyət göstərdikləri tərəfdaşlarının qanunsuz, şərlənərək həbs olunmasını, ağır sorğular altında əzilərək tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməsini bütün dünyaya çatdırdılar.

 

İkinci ən böyük zərbə ölkə içində QHT-lərin fəaliyyətinin aşağı düşməsi cəmiyyətə böyük zərbə idi. Çünki Vətəndaş cəmiyyəti tək insan haqları sahəsində fəaliyyət göstərmirdi, eyni zamanda sosial sferada, mədəni, maarifləndirici sahələrdə də öz müsbət saldosunu ortaya qoyurdu. Siz bu 1 ildə ölkədə cinayətkarlığın nə qədər artıdğını bilirsinizmi? Bəs əhalinin arasında hökümətə və cəmiyyətə qarşı aqresiyanının artmasını necə?

Axı, Vətəndaş cəmiyyəti bütün bu prosesdə əhali ilə hökümətin arasında yer alaraq münasibətləri yumuşaltmağa, aqresiyanı azaltmağa, yükü öz üzərinə götürməyə çalışırdı. Siz bunun mənfi nəticələrini daha çox zaman keçdikcə görəcəksiniz.

Fakt budur ki, Azərabaycan hakmiyyətinin beynəlxalq aləmdə nüfüzunun düşməsi ilə bağlıdır.  Vətəndaş cəmiyyətinə aramsız təqib və təzyiqlər nəticəsində  hakimiyyət  illərlə kapital xərclədiyi və lobbiçilik apardığı beynəlxalq siyasətini sıfıra endirdi.

Fikrimizcə hökümət yanlışından bir an öncə qayıtmalı. Həm Azərbaycanın xaricdəki nüfuzunu düzəltmək xatirinə, həm baş verəcək böhran zamanı əhalinin aqresiyasını azaltmaq, müəyyən yükü öz üzərinə götürməsi məqsədilə Vətəndaş Cəmiyyətinin fəlaiyyətinə yaradılmış əngəlləri anında aradan götürməli, QHT lərin işinin normallaşması üçün əlindən gələni eləməlidir. Yoxsa fəlakət qaçılmazdır...

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300