img2099787

Barselona”nın müdafiəçisi Daniel Alveş komandadan ayrılıb.

Qol.az-ın "goal.com”a istinadən verdiyi xəbərə görə, bu barədə klubun texniki məsələlər üzrə katibi Robert Fernandez məlumat verib.

Alveşin qərarına hörmətlə yanaşdıqlarını bildirən klub rəsmisi deyib: "Alveş komandadan ayrılmaq qərarı verdi. Bu, tamamilə onun şəxsi qərarı oldu. Hörmətlə yanaşırıq. Neymar isə uzun müddət "Barselona”da oynayacaq. Maskeranonun da komandada qalacağını düşünürəm”.

Fernandez Alveşin mövqeyinə yeni futbolçu transfer etməyəcəklərini bildirib: "Sağ mövqeyə yeni futbolçu transfer etməyəcəyik. Bartra yaxşı futbolçudur və daha çox oynamalıdır. Aleyks Vidalı da sağ cinahda oynatmaq üçün transfer etmişik. Serji Roberto da bu mövqedə oynaya bilər”.

Qeyd edək ki, "Barselona”dan ayrılan Alveşin "Yuventus”la 3 illik müqavilə imzalayacağı gözlənilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300