Azərbaycan qulların sayına görə dünya ölkələri arasında 25-ci yerdədir

 

Bu haqda "The Walk Free Foundation" hüquq-müdafiə təşkilatının hazırladığı hesabatda deyilir. 


 

Azərbaycanda qul kimi işlədilən insanların sayı 45 000 nəfər və ya ölkənin ümumi əhalisinin 0,47%-ni təşkil edir. ANS PRESS-in məlumatına görə, bu haqda "The Walk Free Foundation" hüquq-müdafiə təşkilatının hazırladığı hesabatda deyilir. Bununla da Azərbaycan 167 ölkə arasında 25-ci yerdə qərarlaşıb.

Qeyd olunur ki, bu məlumatlar nikaha və ya əməyə məcbur edilən insanların üzə çıxarılması zamanı aparılan araşdırmalara əsaslanır.

Beynəlxalq təşkilatın məlumatına görə, müasir Rusiyada qulların ən böyük hissəsi keçmiş SSRİ ölkələrindən olanlardır. Bunlara Tacikistan, Özbəkistan, Azərbaycan, Qırğızıstan, Ukrayna və Şimali Koreya aiddir. Həmin ölkədən gələnlər daha çox kənd təsərrüfatında, tikiş fabrikində, kərpic zavodunda və şəxsi sexlərdə işləyənlərdir.

Saytın araşdırmalarına əsasən, ən çox qul Özbəkistandadır. Burada qulların sayı 1236600 nəfərdir. Azərbaycanda isə onların sayı 45000 nəfərə çatıb. Ən az qullar Moldovadadır. Onların sayı 10400 nəfərə bərabərdir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300