Xəbər verildiyi kimi, bu gün Tokionun "Haneda" beynəlxalq hava limanının uçuş zolağında təyyarə yanıb. "Korean Air" aviaşirkətinə məxsus və göyərtəsində 302 sərnişin və 1,7 ekipaj üzvü olan Boeing 777 təyyarəsinin mühərriki yanıb. Hadisə təyyarənin havaya qalxdığı vaxt baş verib. Sərnişinlər təcili olaraq təxliyyə ediliblər.

Hadisəni Moderator.az saytına şərh edən təyyarə qəzaları üzrə  araşdırmaçı Paşa Yaqub sözü gedən qəza ilə bağlı bunları bildirdi:

Yazılarımı müntəzəm izləyən oxuculara məlumdur ki, təyyarə qəzaları pərakəndə baş verməyib, xüsusi bir qanunauyğunluğa (düstura) tabedir. Bu qanunauyğunluq özünü bir qayda olaraq 114 və 286 ədədləri ilə büruzə verir ki, bunlardan birincisi orjinal "Quran”ın surələrinin, ikincisi isə, səhifələrinin sayı olmaqla, müqəddəs kitabın kodlarıdır. Baş verən qəzalar biri-biri ilə bu ədədlərlə zəncirvari bağlanır 

 Yaponiyadakı Boeing 777  qəzası da bu kodlar altında baş vermişdir. Belə ki, bu gün İndoneziyada 54 sərnişinin ölümünə səbəb olan təyyarə qəzasının (16.08.2015) 286-cı günüdür ki, bu da "Quran”ın səhifələrinin sayıdır.

Bu gün həmçinin, Türkiyədə eyni gündə (24.04.2015) baş verən "A-319” və "A-320” qəzalarının 400-cü günüdür ki, bundan da "Quran”ın surələrinin sayını çıxsaq, səhifələrinin sayı qalır və yenə də bəşəriyyətin diqqətini müqəddəs kitaba yönəldir:

400 –  114 = 286  

Xatırladım ki, Türkiyədə bu qəzalar baş verən gün ilin 114-cü (!) günü idi. 

"Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!" "Quran”, 57:22 
 Yapaoniyada baş verən təyyarə qəzasında diqqət çəkən digər məqam onun Ay tutulması ilə əlaqələnməsidir. Təyarə qəzalarının monitorinqindən bəhs edən əvvəlki yazılarımdan da  görünürdü ki, qəzaya uğrayan təyyarələrin markası bir qayda olaraq Ay tutulmalarından keçən günün sayını göstərir. Məsələn: bu günkü qəza 14 aprel 2014-cü il tarixdə baş verən Ay tutulmasının 777-ci günü baş vermişdir ki, bu da təyyarənin üzərində həkk olunmuşdur: Boeing 777.  Hesablamalarımız göstərir ki, bütün bu və digər qəzalar yolun azmış və biri-birinə zülm etməyi sevən bəşəriyyətə Allahdan bir xəbərdarlıqdır. Bu kimi qəzalardan sığortalanmaq üçün insanlar tövbə edib, ancaq xeyirxah əməllərlə məşğul olmalıdırlar.

Paşa Yaqub – tədqiqatçı-yazıçı.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300