qmi

Müqəddəs Ramazan ayının başlamasına sayılı günlər qalıb. ANS-in məlumatına görə, ötən gün Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurası orucluq ayı ilə bağlı fətva verdi.

Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 7 iyuna təsadüf edəcək. Ramazan bayramı Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsinə  istinadən  iyul ayının 6-na təsadüf edəcək.

Ramazan ayı başlayır – fətva verildi

Orucun  mühüm  əməllərindən  biri olan fitrə zəkatının vaxtı  Ramazan  ayının son  günüdür.  Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər  bir  üzvü  üçün fitrə zəkatı çıxarıb imkansızlara,  ehtiyacı  olan  ailələrə  verməsi  vacibdir. Qazılar Şurasının qənaətinə görə, bu günkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi  məsləhət  görülür.

Ayın göründüyü  andan etibarən dinimizin vacib əməllərindən sayılan orucluq ibadəti  başlayacaq. Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən  xüsusi təqvim və yaddaş kitabçası tərtib edib.

ANS PRESS Ramazan təqvimini oxucularına təqdim edir:

Ramazan təqvimi

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300