Fotoifşa: Heç demə, damad nazir qadın əli sıxırmış
Gördüyünüz birinci şəkil Türkiyənin hakim partiyası AKP-nin fövqəladə qurultayından çəkilib. Görüntüdəki qadın sabiq baş nazir Ahmet Davudoğlunun həyat yoldaşı Sare Davudoğludur. Onun əl uzadıb salamlaşmaq istədiyi şəxs isə prezident Ərdoğanın nazir damadı (kürəkən) Berat Albayrakdır. Göründüyü kimi, damad bəy ölkənin birinci xanımının əlini havada qoyub, öz əlini sinəsinə sıxıb. 

Sonradan onun yaxın adamları bu nəzakətsizliyə belə bir don geydirməyə çalışdılar ki, guya gənc nazir sırf dini inancı üzündən Sare Davudoğlu ilə əl tutuşmayıb, guya ki, bu, müsəlmanlığa ziddir, naməhrəm qadınla fiziki təmas ola bilməz. 


İkinci şəkildə isə görünür ki, həmin bu Berat Albayrak bir il öncə məhz həmin qadınla əl tutuşaraq salamlaşır, ona iltifat edir. 


Üçüncü şəkildə Berat Albayrakın üzvü olduğu hakim partiyanın rəsmi şəxslərindən biri olan başqa bir qadınla əl tutuşduğu görünür.


Dördüncü şəkildə isə prezidentin "mömin" kürəkəni bir yüksək vəzifəli əcnəbi qadınla əl tutuşmuş halda görüntülənib.


Bu o deməkdir ki, "dini inanca görə naməhrəm qadınla əl tutuşmaq caiz deyil" sözü bəhanədir. 

Adam sadəcə vəzifədən götürülmüş, bir azdan bütün statusunu itirəcək bir kişi və bir qadına qarşı öz əsl münasibətini göstərir. // musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300