Gecə saatlarında yaşanan zəncirvari teraktlar paytaxt sakinlərinin təşvişinə səbəb olub.

Fransanın paytaxtı Paris və ətrafında törədilən silsilə partlayışlar və silahlı hücumlar azı 153 nəfərin həyatına son qoyub. Gecə saatlarında yaşanan zəncirvari teraktlar paytaxt sakinlərinin təşvişinə səbəb olub. Terrorçuların əlaqələndirilmiş şəkildə həyata keçirdiyi teraktların, partlayış və avtomat silahlarla edilən hücumların əsas hədəfləri "Bataclan” incəsənət mərkəzi və onun konsert zalı, "Kamboca" restoranı, "Le Karilyon” barı, "Les Halz” ticarət mərkəzi, "Bellek Ekip" barı və Fransa və Almaniya arasında futbol üzrə yoldaşlıq matçının keçirildiyi və ölkə başçısı Fransua Ollandın da həmin matçda tamaşaçı qismində iştirak etdiyi "Stad De Fransa” stadionun qarşısı olub. Ən qanlı hadisə "Batalcan” incəsənət mərkəzində baş verib. Terorçular ətrafda olan bir neçə nəfəri qətlə yetirdikdən sonra konsert zalına daxil olub və xeyli sayda insanı girov götürüb. Ölkə rəhbərliyinin göstərişi ilə xüsusi təyinatlı əməliyyat keçirilib, reyddən xəbər tutan intiharçı-terrorçular üzərlərində olan partlayıcı kəməri işə salaraq, 2 güclü partlayış törədib. Nəticədə azı 100 nəfərin həlak olduğu bildiirlir. Xüsusi təyinatlılar 2 terrorçunu zərərsizləşdirib.

"Stad De Frans” stadionu qarşısında isə 2 terrorçu özünü partladıb, bir qədər əvvəl sadalanan restoran və barları isə terrorçular Kalaşnikov avtomatları ilə güllə yağışına tutub. Şahidlərdən biri terrorçunun Kamboca restoranın vitrin şüşələrinə 100-ə yaxın güllə buraxdığını bildirir. İtkilərin sayı hələ dəqiqləşdirilir. Vəziyyətlə bağlı Fransa prezidenti ölkədə fövqəladə vəziyyət elan edib, ölkə sərhədləri bağlanıb. Parisin 5 metro xəttində hərəkət qeyri-müəyyən müddətə dayandırılıb, Orli Aerportunda isə bütün hava reysləri təxirə salınıb. Hökümət sakinləri evlərində qalmasına göstəriş verib. Terrorçuların zərərsizləşdirilməsi və sabitliyin bərpa olunması üçün Fransa ordusu və təhlükəsizlik qüvvələri, Parisə cəlb olunub.

Dövlət telekanalı ilə çıxışında Oland xalqı terrorçulara qarşı möhkəmə və bir olmağa çağırıb. Bu ay Parisdə keçiriləcək qlobal iqlim konfransı ərəfəsində Fransada terror hücumlarının keçiriləcəyi ilə bağlı ehtimallar əvvəldən mövcud olub./anspress


 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300