Almaniya yığması terror təhlükəsinə görə oteldən təcili çıxarıldı
 
Futbol üzrə Almaniya yığma komandası otelə bomba qoyulması xəbəri yayılandan dərhal sonra Parisdə qaldığı mehmanxanadan təcili olaraq təxliyə edilib.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Almaniyanın "Kölner Express” nəşri məlumat yayıb.

Almaniya yığmasının meneceri Oliver Birhoff bu informasiyanı təsdiqləyib.

"Partlayış təhlükəsi var idi. Otel dərhal bağlandı. Oradakı insan köçürüldü” - deyə alman nəşrləri O.Birhoffdan sitat gətiriblər.

Məlumata görə, partlayışın Parisin 16-cı dairəsində yerləşən "Molitor” otelinin qarşısında baş verə bilməsi təhlükəsi barədə xəbərdarlıq olunubmuş. Xəbərdarlıq polisə yerli vaxtla səhər 9 radələrində daxil olub. Bundan sonra polis həmin ərazidə irimiqyaslı əməliyyata başlayıb.

Bu axşam Fransa yığması ilə yoldaşlıq oyunu keçirəcək Almaniya yığmasının futbolçuları isə hələ də başqa məkanda yerləşdiriliblər.

"Oteldə bomba partlayışı xəbərdarlığı oldu. Lakin yığmamızın üzvləri üçün heç bir təhlükə yoxdur. Hələlik "Roland Garros”da bir qədər tennis oynayırıq” - deyə Almaniya yığmasının yarımmüdafiəçisi Sami Xedira öz İnstagram səhifəsində yazıb

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300