Sumqayıt şəhidləri torpağa tapşırıldı, Müsavatın Divan üzvləri mərasimə qatıldılar – Video – FotoBu gün Sumqayıtda görnməmiş bir izdiham yaşandı.

Vətən uğrunda gedən döyüşlərdə Sumqayıtın Şəhid olmuş iki övladı torpağa tapşırıldı.

Yüzlərlə insan şəhidləri son mənzilə yola salmaq üçün Sumqayıtın kücələrində yürüş etdilər, "Qarabağ bizimdi, bizim olacaq”, "Şəhidlər ölməz, Vətən bölünməz”, "Azərbaycan!” şüarlarını səsləndirdilər.

Mərasimdə qatılan gənclərin coşqusu, onların hər an döyüşə hazır olmalarından xəbər verirdi.

Yerli sakinlərlə bərabər, ətraf rayonlardan da şəhidlərlə vidalaşmaq üçün gələnlər vardı. Mərasimdə Müsavat Partiyasının Divan üzvləri İkram İsrafil, Vəfa Cümşüdlü, Razim Əmiraslanlı da iştirak etdilər.

Şəhidlərdən biri Polkovnik Raquf Orucov, digəri isə adını dəqiqləşdirə bilmədiyimiz başqa şəhidimizdi. "Basta”ya verilən məlumata görə,  ikinci şəhidin nəşi dəfn ərəfəsində polkovnikin tabutunun yanına gətirilərək torpağa tapşırılıb.

Onlar Sumqayıtdakı Şəhidlər Xiyabanında əbədiyyətə qovuşublar.

Allah rəhmət eləsin !

Video Player
 
 

0nWPNW4rWdqQ57EAmqA78o6XbDZOMVd3l6ZLJA85kBOA8W95QB8kYV

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300