Əməkdar artist Elza Seyidcahan Sizəyəndə və Şabranda Bayraq Günü ilə bağlı aksiya keçirib. 

Bu barədə Moderator.az-a məlumat verən Elza Seyidcahan deyib ki, onlar bayraq haqqında məlumat əks olunmuş bukletləri vətəndaşlara paylayıblar. 

Əməkdar artistin sözlərinə görə, Siyəzəndə baş tutan tədbir insidentsiz ötüşməyib. Deputat Tahir Süleymanovun  səlahiyyətli nümayəndəsi Etibar Heydərov aksiya müdaxilə edib və polisləri əraziyə çağırıb: "Mənə deyir ki, prezidentin şəklin niyə tutmusan? İstifadə edirsən. Başa düşmürəm, Bayraq Günündə Etibarın Heydərovun atasının şəklini tutmalı idim? Belə bir gündə prezidentin fotosunu tutmalıyam da. Mən belə tədbiri keçirməyi özümə borc bilirəm. Yazıqlar olsun ki, özünü YAP üzvü, icranın nümayəndəsi, ziyalı adlandıran şəxs bu tədbirdən heç nə anlamadı, tədbirə mane olmağa çalışdı. Bu tədbirə təxribat kimi baxdı. Halbuki əsl təxribatı özü etdi. Amma mən onun bu hərəkətlərini acı gülüşlə qarşılayıram ".  

Elza Seyidcahanın sözlərinə görə, bayraq aksiyasında iştirak etdiyi üçün Qurbanov Elvin Xanbala oğlu polislər tərəfindən saxlanılıb.


 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300