Mehman Həsənov: "Bizim ölkədə müstəqil fikir səsləndirmək, adam öldürmək qədər ağır cinayət sayılır"Hal hazırda Almaniyada mühacirətdə olan, siyasi-ictimai fəal Mehman Həsənov mövcüd vəziyyətlə bağlı fikirləri:

Bizim ölkədə müstəqil fikir səsləndirmək, adam öldürmək qədər ağır cinayət sayılır.

 

"Azərbaycan məhkəmələri kiçik xüliqanlıqda ittiham olunan jurnalistə 5 il həbs cəzası verir, amma bir nəfəri öldürməyə açıq cəhd edən məmur oğlunu şərti cəza ilə azadlığa buraxır.”

Artıq bir ildən çoxdur respublikamızda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində ciddi problemlər müşahidə olunmaqdadır. Vətəndaş cəmiyyəti institutları ilə yanaşı, media və söz azadlığının pozulması, jurnalistlərin həbsi, təqib olunması halları qalmaqdadır. Azərbaycandakı mövcud həssas siyasi vəziyyətə xaricdə mühacirət həyatı yaşayan soydaşlarımızın gözü ilə baxmaq istədik. Məsələyə siyasi-aktiv ictimai fəal Mehman Həsənovun fikirlərini öyrəndik. Mehman Həsənov hesab edir ki, ölkədə fəalların təqib olunması azad fikrin boğulması istiqamətində növbəti addımdır: 

«Azərbaycanda artıq neçə illərdir söz və media azadlığı ilə bağlı problemlər mövcuddur. Bu gün ölkədə yazılarına, fikirlərinə, hətta facebook statuslarına görə təqib olunan şəxslər var. Amma bu sadəcə son dövrün yeniliyi deyil. Artıq bir neçə ildir Azadlıq radiosunun yayımı əngəllənir. Azad medianın bütün maliyyə imkanları əllərindən alınıb. Onsuz da maddi sıxıntılar yaşayan Azərbaycan mətbuatı yalnız hakimiyyətdən alınan vəsaitin və ayrı-ayrı məmurların verdikləri maliyyənin ümidinə qalıb. Nəticədə isə onlar ictimai maraqları deyil, ayrı-ayrı şəxslərin və hökumətin maraqlarının təmilçisinə çevrilib. Ölkə televiziyalarının isə bir pultdan idarə olunduğu bir zamanda əhali baş verən proseslərdən kənarda qalır. Asılı mətbuat isə ancaq yuxarıdan gələn göstərişləri tirajlayır. Nisbətən azad fəaliyyət göstərən media orqanları isə təqiblərə məruz qalır. Meydan TV-nin əməkdaşlarının son aylar davamlı olaraq hüquq-mühafizə orqanlarına çağırılması, gülünc iddialarla həbsə atılmaları bunun sübutudur. Həmçinin, peşəkar jurnalistika ilə məşğul olan və əsas işi ölkə sərvətlərinin talanması ilə bağlı araşdırmalar aparan Xədicə İsmayıl 7 il yarım müddətinə azadlıqdan məhrum edilib və bugün də həbsdədir. Cəfəng iddialarla Seymur Həzi 5 il müddətinə azadlıqdan məhrum edilib. Paradoks ondan ibarətdir ki, Azərbaycan məhkəmələri kiçik xüliqanlıqda ittiham olunan jurnalistə 5 il həbs cəzası verir, amma bir nəfəri öldürməyə açıq cəhd edən məmur oğlunu şərti cəza ilə azadlığa buraxır. Bizim ölkədə müstəqil fikirə, daha agır cinayət kimi baxılır».

S.İsgəndərovanın sözlərinə görə, Azərbaycanda Avropa dəyərlərinin təbliğinə qarşı da işlər aparılır:

«Ölkənin getdikcə Avropadan uzaqlaşdırılması siyasəti aparılır. Hökumətin təsir dairəsində olan media orqanlarında mütəmadi olaraq Avropa ölkələri əlehinə təbliğat aparılır. Azərbaycanın bütün problemlərinin səbəbkarı kimi Avropa göstərilir. Beynəxalq təşkilatlarla normal əməkldaşlıq qura bilən və ölkədə demokratik cəymiyyətin qurulmasına töhfə verməyə çalışan hüquq müdafiəçiləri İntiqam Əliyev və Rəsul Cəfərov uzun müddətli azadlıqdan məhrum edilib. Təqib olunduqları üçün Avropa ölkələrinə pənah gətirən azərbaycanlılar «xalqdüşməni» kimi xarakterizə olunur. Ölkə ictimaiyyətində Avropa ilə bağlı mənfi fikir formalaşdırmağa çalışırlar. İnsanları hətta Avropada yaşamağa məcbur olan qohumlarından imtina etməyə məcbur edilməsi vəziyyətin necə acınacaqlı olduğunu göstərir».

M.Həsənov ölkənin normal inkişafını Avropaya inteqrasiyada görür:

«Artıq dünyada sınanmış təcrübə var. Bu gün istər demokratiya, istər əhalinin sosial müdafiəsi, istərsə də şəffaf idarəçilik və vətəndaş cəmiyyətinin formalaşdırılması baxımından Azərbaycanın da Avropadan öyrənəcəyi çox şey var. Bu dəyərlər Azərbaycan dövlətinin daha da güclənməsinə yardımçı ola bilər. Ölkənin qapılarını Avropaya bağlamaqla nəyəsə nail olmaq mümkün deyil. Təəssüf ki, hökumət hələki, bunun mümkünsüzlüyünü dərk etmir. Hökumətin indiki addımları yalnız ölkənin inkişafını bir müddət əngəlləyə biləcək. Azərbaycan insanı istər məişətdə, istər təhsildə, istərsə də digər sahələrdə özünü Avropanın bir hissəsi görmək istəyirsə, hökumətin yaratdığı süni maneələr uzun müddət davam gətirə bilməz».

 

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300