Rəşad Hüseynov : "Hakimiyyət alternativ fikiri düşmənçilik hesab edir"Gündəm xəbər qazetinin müxbiri Almaniyada mühacirət həyatı yaşayan,  Rəşad Hüseynov  - Gənclərə ancaq "tərif” deməyi öyrədilər və onları inandırıblar ki, sən ancaq bu yolla inkişaf edə bilərsiniz.. Buna görə Azərbaycan gəncliyi öz "perspektivini” tərif deməkdə axataır..

 

 

Rəşad bəy  nədən qərara gəldiniz ki, Gənclərin birliyini yaradasınız? İndiki halda gənclərin birgə fəaliyyəti nə üçün ehtiyac var?

 

Bilirsiniz Azərabycandakı mövcud sosial-iqtisadi durum göz önündir. Ölkədə sürətlə sosial problemlər artır və sosial narazlıqlar formalaşır.  Ölkədə baş verənlər insanların , xüsusən gənclərin həyatında bir başa təsirini göstərir.  İşsizlik, gənnlərin narkotik vasitələrdən istifadə və  gənclər arasında cinayətkarlıq hallarının artması çoxalıb. Bu məqsədlə düşündük ki, gəncləri siyasi-ictimai aktiviliyinin təmin etmək üçün belə bir təşkilat təsis edək. Beləliklə, Azərbaycan gələcəyi olan gəncliyə töhfə vermiş olarıq.  Dünya praktikası sübut edirik ki, gənclərin sosial-ictimai aktiv olduğu ölkələr sürətlə inkişaf edir.  Bu gün Azərabaycan gənciliyinin sosiallaşması ölkədə bütün sahələrdə öz müsbət töhfəsini verə bilər.  Təşkilatın əsas məqsədi,  gənclərin sosial-ictimai həyatda iştirakçılığını arıtırmaq, gənclərin demokratik dünya görüşünün formalaşmasına nail olmaqdır.  Gəncliyə biganə münasibət davam edərəsə, ölkənin gələcəyi sual altında olacaq.

 

Siz Azərbaycan vətəndaş cəmiyyətinin durumunu necə qiymətlədnirirsiniz?

 

Ölkədə inkişafı vətəndaş cəmiyyətindən asılıdır. Vətəndaş cəmiyyətinin şəffalığın təmin olunmasında və demokratik islahatların aparılmasında əvəzedilməz rolu var. Bunun üçün hakimiyyət vətəndaş cəmiyyətlə sıx əməkdalıq etməldir. Xüsusən alternativ fikir olmalıdır.

Çox təəssüf ki, bizim ölkəmizdə bunun əkəsini görürük. Hakimiyyət müstəqil və alternatv fikiri düşmənçilik kimi qarşılayır.  Bu gün ölkədə yüzlərlə alternativ düşüncə sahib olan insanlar həbsdədirlər.  Artıq hakimiyyət alternativ fikiri dövlət çevrilişi cəhd kimi qiymətləndir..

Hakimiyyət tənqidlərdən və alternativ fikirlər bəhrələnmək əvəzinə, insanları cəzaladırmaqla məşğuldur.  Hakimiyyət beynəlxalq nüfuzunu artrımaq üçün illərlə millyonlarla kapital xərcləmişdir.  Lakin sonra məlum olduki, bu siyassət yanlışdır. Beynəlxalq nüfuzun formalaşması üçün kapitala xərcələmək deyil, şəffaf və ədalətli cəmiyyət qurumaq lazımdır. İnsan hüquqlar və azadlıqının təmin olunmasını sözdə deyil, realıqda baş verməsini təmin etməkdir. Bizdə dövlətin bütün resusrları və imkanları hakimiyyətin "qorunmasına” sərf edilir. Kütləvi informaisya vasitələri ancaq bir tərəfli təbligat aparılır.. Gənclərə ancaq "tərif” deməyi öyrədilər və onları inandırıblar ki, sən ancaq bu yolla inkişaf edə bilərsiniz..

Buna görə Azərbaycan gəncliyi öz "perspektivini” tərif deməkdə axataır..

 

 İndiki dövrdə Azərbaycan gəncliyini ölkənin inkişafına hansı töhfəni verə bilər?


İnsanların həyat tərzi yaşadığı mühitlə bağlıdır. Mühitün formalaşmasında hakimiyyətin mühüm təsiri var. Əgər hakimiyyət normal təqnidi fikirlərlə hazirdırsa, onda cəmiyyətin inikşafı qaçılmazdır. Bu gün Azərbaycan gəncliyinin hansı perpektivi var Azərbaycanda?  Gənclər necə töhfə verə bilər,? Əgər bir gənc işləmirsə, vergi verməyəcək, normal təhsil alımırsa normal vətəndaş kimi formalaşmaycaq. Bunun  üçün bütün məsuliyyət hakimiyyyətin üzərinə düşür.

Bu gün məmurlar "şəxsi maraqlarına” görə ölkədə bütün sahələri iflic vəziyyətinə salıb. İnsanların sərbəst hər hansı bir fəaliyyətlə məşğul olması üçün imkanlar yox dərəcəsindədir. Kiçik və orta sahibkarlıq məhv edilib, dövlətin gənclərlə bağlı proqramları ancaq kağız üzərindər. Bir iki idmançını maşınla və evlə təmin etmək, kiçik müsbət hadisə olsada bu ümumlikdə gənclərin problemlərinin həllinə kömək eləmir. Bu gün yüzminlərə evsiz gənclər var. Onlar iqtsiadi çətinliklər üzündən evlənə bilmir. Bütün gənclər ipoteka krediti əldə etmək imkanı varmı?  Yox..Bütün bunlar göstərir ki, əksər gənclər dövlətin imkanlarından və xidmətlərindən kənarda qalır. Heç olmasa hakimiyyət Azərbaycanın gələcəyi -gəncləri düşünməldir.   

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300