Şirvanda yaşayan Həqiqət Quliyeva Nüsrət qızı paytaxtda fiziki zorkılığa məruz qalıb. 

Bu barədə Həqiqət Quliyeva Arqument.Az-ın elektron ünvanına yazıb. 

Əslən Ağdərə rayonundan olan H.Quliyevanın sözlərinə görə, həyatına qəsd olub: "Günün günorta çağında Bakının ortasında döyülmüşəm, ciddi xəsarət almışam. Yarımcan adamam, əməliyyatdan yeni çıxmışam. Ən ağır dərəcəli xəsarətlər almışam. Ölümümə döyülməyim barədə şikayət etmişəm. Lakin şikayətimə baxan yoxdur”. 

H.Quliyeva daxili işlər naziri Ramil Usubova müraciət edib: "Məni döyənlərin Bakı şəhər Baş Polis İdarəsində bir generalla dostluğu var. Həmin general cinayət törədənlər barəsində cinayət işi açılmasına mane olur. 11 dəfə hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət etmişəm, bu günə kimi cavab verən yoxdur. 

Ona görə daxili işlər naziri Ramil Usubova müraciət edərək səslənirəm: xahiş edirəm məni şəxsən özünüz qəbul edin və başıma gələn hadisəni detalları ilə sizə danışım. Bu hadisədə elə məqamlar var ki, mətbuat vasitəsi ilə diqqətinizə çatdıra bilmirəm. Xahiş edirəm özünüz məni qəbul edin”.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300