Müsavat başqanından 28 May təbriki 

 

Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan xalqını 28 May – Cümhuriyyət Günü münasibəti ilə təbrik edib.

 

Təbrikdə deyilir:

"Əziz həmvətənlər,Əziz bacı və qardaşlarım!

Sizi 28 May Cümhuriyyət Günü münasibəti ilə təbrik edirəm.
1918-ci il may ayının 28-də M.Ə. Rəsulzadənin rəhbərliyi, Müsavat Partiyasının təşlikatçılığı, Azərbaycan xalqının iradəsi ilə Azərbaycan Xalq Cümhuriyyəti quruldu.

M.Ə. Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Şurası tərəfindən Tiflis şəhərində elan edilən Cümhuriyyətimiz xalqımızın dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Yaradılan dövlətimiz Cənubi Qafqazın əksər ərazilərini əhatə edən, müsəlman Şərqində ilk demokratik dövlət idi. Azərbaycan Xalq Cümhuriyyəti dünyanın siyasi xəritəsinə dövrün az sayda olan azad dövlətlərindən biri kimi daxil oldu.

Müsavat Partiyasının başqanı M.Ə.Rəsulzadə bu hadisəni "28 may 1918-ci ildə elan olunan Azərbaycan Şurayi-milliyəsi, sözün siyasi mənası ilə, bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Belə ki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafi və linqvistik bir kəlmə olmaqdan çıxaraq, siyasi bir aləm olmuşdur”, – deyərək qiymətləndirirdi.

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində xalqımız üçün ciddi işlər gördü. Ölkəmizin ərazisində demokratik ideyalar, insan haqları, bütün sahələrdə bərabər imkanlar şəraitinin yaradılması təbliğ və tədbiq olundu. Bəzi Avropa dövlətlərindən daha tez qadınlara seçki hüququ verildi.

Təəssüf ki, qısa müddət sonra Cümhuriyyətimiz bolşevik Rusiyası tərəfindən 1920-ci ilin 27 aprelində işğal olundu. Azərbaycanda hüquqi dövlət, azad cəmiyyət quruculuğu istiqamətində gedən proseslər dayandırıldı. Müstəqilliyimiz itirildi. Lakin xalqımızın qəlbinə əbədi həkk olunan İstiqlal eşqini silib atmaq mümkün olmadı.

M.Ə.Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq, bir daha enmədi. İstiqlal idealına sadiq olan Azərbaycan xalqı 1991-ci il oktyabr ayının 18 də özünün itirilmiş dövlət müstəqilliyini yenidən bərpa etdi.
Təəssüf ki, hakimiyyət uzun illərdi Cümhuriyyətimizin banilərinə, xüsusilə M.Ə.Rəsulzadəyə qarşı qısqanclıqla yanaşaraq gözdən salmağa çalışsa da xalqımız ona yoxdan bir bayraq və müasir dövlət yaratmış başda böyük Məhəmməd Əmin Rəsulzadə olmaqla unudulmaz tarixi şəxsiyyətləri layiqincə dəyərləndirir, onları hörmətlə yad edir.
Müsavat Partiyası və digər demokratik qüvvələr ölkədə demokratik cəmiyyət qurulması uğrunda mübarizə aparır və əminik ki, ölkədə demokratik cəmiyyət qurulduqdan sonra ulu öndərimiz Məhəmməd Əmin Rəsulzadənin ideyaları tam şəkildə həyata keçmiş olacaq.

Əziz həmvətənlər!

Sizi bir daha xalqımızın ən önəmli bayramı olan 28 May – Cümhuriyyət Günü münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300