Qriqoryan Zəngəzur dəhlizi haqda: "Qırmızı xətt”imizdir, müzakirə etməyəcəyik"

 

"Regional kommunikasiyaların blokadadan çıxarılması məsələsi üzrə üçtərəfli işçi qrupu işə başlayandan şəxsən mən və rəsmi İrəvan həmişə bildirmişik ki, Ermənistan bu məsələni iki mühüm konsepsiya çərçivəsində müzakirə etməyə hazırdır. Birincisi odur ki, haqqında danışdığımız infrastrukturlar Ermənistanın suveren infrastrukturları olmalıdır. İkincisi, Ermənistanın yurisdiksiyası onlara tam şəkildə şamil edilməlidir”.

Bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.

"Bu prinsiplər çərçivəsində biz həmişə mövzunun işlənməsinə, son nəticədə blokadanın aradan qaldırılmasına hazır olmuşuq və hazırıq. Bu da, fikrimcə, Ermənistan üçün də böyük əhəmiyyət kəsb edir”, - Ermənistan rəsmisi bildirib.

Zəngəzur dəhlizi məsələsinə gəlincə, Qriqoryan söyləyib:

"Dəhliz məsələsi müzakirə olunmayacaq. Bu, Ermənistan üçün "qırmızı xətt”dir”./Teleqraf.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300