İsrail prezidenti Azərbaycan şairi Nizamidən sitat gətirib

 

İranın İsraili xəritədən silməyə çağırdığı və bu istiqamətdə hərəkət etdiyi və onun mənfur təhlükəsini reallaşdırmağa kömək edə biləcək kütləvi qırğın silahlarının ardınca getdiyi bir vaxtda, İranın öz qonşusuna, tərəfdaşımız Azərbaycana qarşı hədə-qorxu gələrək terror törətdiyi bir vaxtda mən əfsanəvi şair, bu ölkənin doğma oğlu Nizami Gəncəvinin sözlərini xatırlatmaq istərdim: "Çətinlik anında ümidsiz olmayın, çünki büllur yağış qara buludlardan yağır".

Xatırlatmaq lazımdır ki, bizim aramızda olan ittifaq - təcavüzə, nifrətə, ekstremizmə və fundamentalizmə qarşı, sülh, demokratiya və birgəyaşayışın tərəfdarıdır və bu münasibətlər təkcə Yaxın Şərqdə və Avro-Asiya sferasında deyil, bütün dünyada dövlətlər və xalqlar arasında tərəfdaşlıq üçün nümunə ola bilər və olmalıdır.

APA xəbər verir ki, bunu İsrailin müstəqilliyinin 75-ci il dönümünə həsr olunmuş tədbirdəki çıxışında Bakıda səfərdə olan İsrail Prezidenti İshaq Herzoq deyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300