Deputat Əli Məsimli Milli Məclisin iclasında Türk İnvestisiya Fondunun yaradəlması haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxış edərək vacib məsələlərə diqqət çəkib.

Musavat.com-un məlumatına görə, deputat deyib ki, Türk dövlətləri həm təbii sərvət və həm də digər resurslar baxımnda dünyanın ən zəngin ölkələri sırasındadır: "Mendeleyev cədvəlində olan sərvətlərin əksəriyyəti Türk dövlətləri ərzisində mövcuddur. Müstəqillik əldə etdikdən sonra yeni müstqil türk dövlətləri həmin potensialdan bəhrələnərək sosial-iqtisadi inkişaf sahəsində xeyli iş görüblər. Amma reallaşdırılması zəruri olan hələ xeyli imkan və görülməli işlər də var. Təkcə onu qeyd etmək kifayətdir ki, dünya ərazisinin 3 faizindən çoxuna malik, dünya əhalisinin iki faizindən çoxunun yaşadığı Türk Dövlətlərinin dünya ÜDM-dəki payı cəmi 1,3 faiz ətrafındadır. Bu rəqəmlərin müqayisəsi digər şərtlərlə yanaşı, müasir çağırışlar kontekstindən həm də Türk dövlətlərinin potensialının reallaşdırılmasın yeni məzmun verilməsini tələb edir. Son illər baş verən hadisə, proses və kataklizmlərindən qaynaqlanan yeni geosiyasi reallıqlar, eləcə də Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ilə yaratdığı yeni situasiya və reallıqlar Türk dövlətlərinin tərəfdaşlığının daha dərin məzmunlu yeni keyfiyyət halına gətirilməsini obyektiv zərurətə çevirib. Son illər bu istiqamətdə həm strateji məzmunlu vacib səndlərin qəbul edilməsi, hüquqi təminatlar, həm də institusional, təşkilatı tədbirlər və sair baxımından xeyli məqsədyönlü iş görülüb. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsi, eləcə də Türk Dövlətləri arasında strateji tərəfdaşlığa dair sazişlər buna əyani misaldır”.

Ə.Məsimli qeyd edib ki, Türk Dövlətləri Təşkilatı(TDT) üzv dövlətlər arasında qarşılıqlı iqtisadi münasibətlərin genişləndirilməsi və dərinləşməsi üçün mühüm platformaya çevrilib: "Bu prosesin tərkib hissəsi olan Türk İnvestisiya Fondunun yaradılması istiqamətində real addımların atılmasını çox zəriri addım kimi müsbət qiymətləndiririk. Türk İnvestisiya Fondunun təsisçiləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandır. Fondun türk dövlətlərinin qurduğu əsas ortaq maliyyə qurumuna çevrilməsi və fondun vəsaitlərinin birgə layihələrin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulur. Fondun nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. Bu kapital 5 ölkənin - Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın töhfələri (hər bir ölkə 100 milyon dollar) hesabına formalaşacaq. Sazişə əsasən, fond TDT-yə üzv ölkələrin iqtisadi potensialının inkişafına, eləcə də onlar arasında iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsinə və birgə layihələrin həyata keçirilməsinə xidmət edəcək. Fondun qarşıya qoyulan məqsədə nail olmaq üçün onun fəaliyyətində regiondaxili ticarətin inkişafına yardım; kiçik və orta sahibkarlıq layihələrinin maliyyələşdirilməsi; beynəlxalq və milli maliyyə və inkişaf institutları, habelə ticarət palataları və özəl təşkilatlarla birgə əməkdaşlıq və maliyyələşdirmə; nəqliyyat və logistika zəncirlərinin, saxlama və istehsal imkanlarının genişləndirilməsinin dəstəklənməsi; dövlət-özəl tərəfdaşlıq da daxil olmaqla fiziki və rəqəmsal infrastrukturun yaradılması və modernləşdirilməsinin dəstəklənməsi; sənaye istehsalı, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və turizm də daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə inkişaf layihələrinin dəstəklənməsi;enerji səmərəliliyinə, bərpa olunan enerji mənbələrinə və ətraf mühitin mühafizəsinə sərmayə qoymaqla "yaşıl iqtisadiyyat”ın inkişafına töhfə verən layihələrin maliyyələşdirilməsi kimi məsələlər əsas yer tutacaq.

Fondun təsisçiləri olan dövlətlərin iqtisadi əlaqələrinin daha da dərinləşməsi baxımından geniş imkanları mövcuddur. Yaradılacaq fond bu prosesdə mühüm vasitələrdən birinə çevrilə bilər.Bu baxımdan təbii ki, fond türk dövlətlərinin öz arasında iqtisadi əlaqələrin dərinləşməsi prosesində mühüm rol oynayacaq”.

Deputat qeyd edib ki, Türk İnvestisiya Fondunun təsisçisi olan türk dövlətləri Asiyadan Avropaya yükdaşımaların reallaşdırıldığı Orta dəhlizin iştirakçılarıdır: "Qərb- ABŞ və Avropa İttifaqı Orta dəhliz dəhlizin inkişafını dəstəkləyir və bu siyasi və maliyyə dəstəyini də təmin edəcək. Bu baxımdan, yaradılacaq fondun dəhlizin fəaliyyətinin genişlənməsinə əlavə töhfələr verə bilər. 2022-ci ilin nəticələrinə görə, Türk İnvestisiya Fondunun təsisçisi olan türk dövlətləri ÜDM-in nominal həcminə görə 192 dövlət arasında Türkiyənin timsalında ən yaxşı göstərici kimi 22-ci yer, ən sonda gedən göstərici isə Qırğızıstanın timsalında 148-ci yeri tuturlar. Keçən ilin göstəricilərinə əsaslanaraq apardığımz hesablamar göstərir ki, ÜDM-in nomnal cəhətdən toplam həcminə görə Türk dövlətləri 192 dövlət arasında 16-cı yerə uyğun bir mövqedədir. 2022-ci ildə Türk İnvestisiya Fondunun təsisçisi olan dövlətlərdə iqtisadi artın 4-6 faiz ətrafında, ortalama isə 5 faiz ətrafında olub. Türk dövlətləri nümayiş etdirdikləri artım tempini ortalama 5 faizdən yüksək səviyyədə saxlamaqla dünya ölkələri sırasında 2030-cu ildə 16-cı yerdən bir neçə pillə yüsksəltməyə, sonrakı perspektivdə isə birinci 10-luğa daxil olmağa və orada da pillə-pillə daha irəliyə getməyə qadir gücə malikdir”.

E.Paşasoy, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300